Qəflətdən xilas olmaq üçün 3 üsul

Şərhlər: 3
Baxılıb: 2 330
Səs ver:
(səs: 2)
Həyatın məşğuliyyətlərinin çox olması və insanın bu işlərə qərq olması qəflətə düşməyinə səbəb olur. Qəflət insanın bütün həyatını əhatə edir. 
Bəzən bu unutqanlıq o qədər genişdir ki, insanı dini vəzifələrini yerinə yetirməkdən saxlayar və yaxınlarına yardım etməkdən uzaqlaşdırar. Qəflət insanın dünya həyatını əhatə etdiyi kimi, axirətinə də təsir göstərər.
O kəs ki, bu dünyada dini vəzifəsindən qafil olar, şübhəsiz ki, axirət savabından da məhrum olar. Bu dünya - əkmək dünyasıdır və əgər insan həyatını yersiz işlərlə keçirərsə, heç nə əkə bilməz. Əliboş halda axirətə daxil olar. Bu cür insan həmişə həsrət çəkər və qəm yeyər. Əlində olan qiymətli vaxtını əldən verdiyi üçün pərişan olar. Bu zamanı geri qaytarmaq olmaz. (Tebyan)

Bəs nə edək ki, qəflətdən xilas olaq?

1. Zehni diqqət göstərmək. Qəfləti aradan apara biləcək ən mühüm amillərdən biri - əməl və rəftarına diqqət etməkdir. İnsan əgər zehni diqqət göstərərsə, gündəlik gördükləri işdə nəinki qəflətə düşməz, bəlkə ona görə savab belə qazanar. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Yaxşı iş görməyi qəsd et, baxmayaraq ki, onu yerinə yetirməsən belə, qafillərin zümrəsinə yazılmazsan".

2. Dünyanı tanımaq. İnsan həyatıın qısa bir hissəsi dünyada keçir və bu qısa həyat onun axirət taleyini həll edir. Əgər bu qısa həyat qəflətdə keçirilərsə, həsrətdən savayı insana bir şey gətirməz. O kəslər ki, dünyanın keçici olduğuna diqqət edirlər - daima səydədirlər və heç bir zaman qəflətə düşmürlər. Onlar hər an maddi həyatlarından bəhrə aparmaq istəyirlər. İmam Əli (ə) bu haqda buyurur: "Hər kim əyyamı tanıyar, hazır olmaqdan qafil olmaz".

3. Ölümü davamlı olaraq xatırlamaq. Qəfləti aradan aparan amillərdən biri də davamlı olaraq ölümü yada salmaqdır. İnsan ölümü ilə bu dünyaya vidalaşar və əməl dəftəri bağlanar. İnsan əgər bilsə ki, hal-hazırda olduğu zamanı bir daha geri qaytara bilməyəcəkdir - o zaman qəflətdən xaric olar. Bu cür insan çalışar ki, hər an ölümə hazır olsun və dünya fürsətlərini əldən verməsin. Əmirəl-möminin (ə) buyurur: "Yolun uzaq olması üçün fasiləsiz qorxudan yardım alın. O qədər qafillər olub ki, öz qəflətlərinə etimad ediblər, ömür möhlətlərini bəhanə gətiriblər. Ona görə də uzun arzular edib, uca saraylar yüksəldiblər. Ancaq əcəlinin yaxın olması ilə arzusunun uzunluğu qısalmış, ölümün anidən gəlməsi ilə ümidi qət olmuşdur".
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri