Sizə uğur, məhəbbət və pul bəxş edəcək sehrli aksessuar

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 778
Səs ver:
(səs: 2)
Yəqin, bir çoxunuz xarici ulduzların biləyinə qırmızı ip taxdığını müşahidə etmisiniz. Hətta XXI əsrin əvvəllərində qırmızı iplər Amerika şou-biznesinin ulduzları arasında böyük populyarlıq qazanmışdı. Bu dəb Türkiyə və Rusiyaya qədər gedib çıxmışdı.
 
Təbii ki, burada hər kəsi bir sual düşündürür: "Böyük var-dövlət sahibi olan ulduzlar niyə qoluna adi bir qırmızı sap bağlayır? Ən əsası,  bunun mənası nədir?”
 
Ehtimal olunur ki, bu talisman insanı paxıllıqdan və ətrafdakı insanların pis gözündən, nəzərdən qoruyur. Qırmızı ipin mənfi enerjidən, o cümlədən, istənilən zaman qarşılaşa biləcəyimiz təhlükədən qoruduğu da iddia edilir.
                                                  
Yəhudi gözmuncuğu (amulet)
Qırmızı ip islama qədərki dövrdə bir neçə xüsusiyyətlərə malik olub. İsraildə biləyə qırmızı ip bağlamaq, əslində, bir ənənədir. Bu ölkəyə səyahət edən hər kəs qolunda belə bir iplə qayıdır. İsraildə inanırlar ki, qırmızı ipdən düzəlmiş qolbaq yəhudilərin böyük Allahlarından  biri Raxilenin rəmzidir. Onun türbəsi də qırmızı iplərlə dolanıb.
 
Sağlamlığa nəzarət etməklə yanaşı, şəxsi həyata təsir edən bu güclü qoruyucu talisman sahibinə müxtəlif sahələrdə uğur və şans gətirir. Bu ayində iplərin düyünlənmə üsulunun da mühüm detallardan biri olduğu hesab olunur. Məsələ ondadır ki, ipə yeddi düyün atmaq üçün siz ruhən özünüzə yaxın olan birini seçməlisiniz. Eləcə də, qırmızı ipin pulla alınması vacibdir, onu öz əllərinizlə toxumaq və hazırlamaq olmaz.
 
Qırmızın ip slavyanlarda
Əslində, bu qoruyucu talismanın tarixi çox qədimdir. Qədim slavyan inanclarında bilək üçün nəzərdə tutulan qırmızı iplər böyük əhəmiyyət kəsb edib.  Slavyan xalıqının əcdadları keçmişdə onun böyük şəfaverici gücünə inanıb və qoruyucu iplərdən sehrli qolbaq əvəzi istifadə ediblər.
 
Din əleyhinə təbliğat dövründə biləyə bağlanan qırmızı iplər barədə bəzi stereotiplər yaranmışdı. Məsələn, qırmızı iplər mütləq yundan olmalı idi. Qırmızı rəngin simvolik xüsusiyyətləri ondan ibarət idi ki, o, oynaq ağrılarını və çıxıqları sağaldır, artrit xəstəliyinin ilkin əlamətlərini aradan qaldırır. Sağalandan sonra isə həmin qırmızı iplər şamla yandırılmalı idi.
 
Adətən, bu cür qırmızı ipləri uşaqların biləyinə bağlamaq dəbdə idi. Qısa desək, qırmızı iplər eyni ilə müsəlman dünyasında məşhur olan gözmuncuğu funksiyasını yerinə yetirir.
 
Qırmızı ipin bağlanma qaydası haqqında
Zərif yun iplərdən, hətta qanaxmanın dayandırılması üçün də istifadə olunub. Əslində, qoruyucu talisman olan qırmızı ip həm vətərləri zədələmədən xilas edir, həm də pis göz və şər qüvvələrdən qoruyur. Lakin onun gücü təkcə qırmızı rəngdə deyildi. Onun bağlanma üsulu da böyük rol oynayır. Onlar ənənəvi olaraq, üç dəfə düyünlənir. Qolbağı taxdıqda bu sehrli sözləri demək lazımdır: "Tanrı köməyin olsun, müqəddəs güclər pisliyi qovacaq. Amin!”  
Üstəlik, onu taxdıqdan sonra çıxarmaq olmaz. Əgər ipin özü açılarsa, bu, həyatı təhlükənin və ya zərbənin sizdən yan keçdiyini  bildirən xeyirli əlamət hesab olunur. Müəyyən bir müddət qırmızı ipin itdiyini müşahidə etmisinizsə, deməli, sizi mənfi enerjidən qorumaq funksiyası layiqincə yerinə yetirilib.
 
Slavyanlar inanırdı ki, sol biləyə qırmızı ip bağlamaq maddi rifahı yaxşılaşdırır, sahibinə uğur və şöhrət gətirir. Deyirlər ki, o, qan dövranını yaxşılaşdırır, baş verə biləcək bütün bəla və müsibəti insanın üzərindən götürür. Qırmızı iplərin insanın fikir və qərarlarına təsir göstərə biləcəyi də iddia olunur. Belə iplər insana öz təfəkkürünü təkmilləşdirməyə, özünü inkişaf etdirməyə və yeni zirvələrə çatmağa yardım edir.
 
Digər xalqlarda
Qırmızı iplərin uğur gətirdiyinə dair inanclara hətta alman rəvayətlərində də rast gəlinir.  Məsələn, alman deyimlərində göstərilir ki, naxoşlayan zaman qola qırmızı sap bağlamaq xəstəliyi müalicə edir. Qırmızı iplərin müasir dövrə qədər gəlib çatması da onların bir çox torpaqlarda yayılmasının təsdiqidir. Yeri gəlmişkən, Şimali Amerikada məskunlaşan qoe hinduları da bu sahədə örnəkdir. Belə ki, onlar da bir çox xalqlar kimi biləyə bağlanan qırmızı iplərin ilahi qüvvəyə malik olduğuna inanır, şəfa tapmaq istəyəndə onların gücünə arxalanır.
 
Yaxın Şərq mədəniyyətlərində
Əksər Şərq xalqlarında da qırmızı ipdən istifadə olunub. Məsələn, hind mədəniyyətində qırmızı ip rakxi adlanır və qohumluq əlaqələrinin güc birliyini ifadə edir. Onun köməyilə istənilən adamın ürəyini ələ almaq olar.

Kabbala - yəhudi mistikası
Nazik qırmızı iplər kabbala (red: Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən, insanın var olmasının səbəbini anlamağa çalışan, yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbuletmə, təhvilvermə" deməkdir) – yəhudi mistikasının ayrılmaz atributdur.  Müasir dövrdə qırmızı ip daha çox insanın mənəvi rahatlıq və sağlamlığını qorumaq məqsədilə taxılır.
 
Niyə qırmızı rəng?
Qırmızı rəng Mars planetinin, qanın və həyatın rəngidir. Qırmızı rəngin inanılmaz xüsusiyyətlərə malik olması bir çox dinlərdə öz əksini tapıb. Məhz bu rəng bizə təhlükə barədə məlumat verir. Ezoterizm mütəxəssisləri bildirirlər ki, məhz bu rəng təhlükədən xilas olmağa kömək edir. Deyilənlərə görə, insan dünya enerjisini məhz topuq və biləyi vasitəsilə əldə edir. Bu səbəbdən, bu qırmızı qolbaq insana mənfi axınların nüfuz etməsinin qarşısını alır.
 
Qırmızı ipi sağa, yoxsa sola taxmaq düzgündür?
Bu gün insanların çoxu qırmızı ipi sol biləyinə taxır. Əlbəttə ki, bu, prinsipial deyil. Belə ki, ipin sağ və sol biləyə taxılmasının müxtəlif izahı var. Mənalarından asılı olaraq, onu hansı tərəfə taxacağınıza siz özünüz qərar verməlisiniz.
 
Sol bilək üçün
Bir çox dinlərin təlimlərinə əsasən, sol əl adamın bələdçisi rolu oynayır: sol əl götürür, sağ əl isə verir. Məhz buna görə də, ipi sol ələ taxmaqla biz sanki neqativ axınların giriş kanalını bağlamağa çalışırıq. Beləliklə, sol biləyə bağlanan qırmızı ip nəzərdən, pislikdən və düşmənlərdən müdafiə edir.
 
Sağ bilək üçün
Bəzi etiqadlara görə, ərsiz qadınlar qırmızı ipi sağ biləyə bağlanmış taxırlar. Adətən, bu ritualı hind məbədlərinə gedən qadınlar yerinə yetirir. Onlar məbəddən çıxarkən qollarına qırmızı ip bağlayır.
Ərli qadın və kişilər isə qırmızı ipi sol qoluna taxır. Bu da onları bir-birindən fərqləndirən əsas detaldır. Bəzi müdriklər deyir ki, qırmızı ip var-dövlət gətirir. Xüsusilə də, onu sağ biləyə taxmaq adama uğur, firavanlıq və pul bəxş edir. Əlbəttə, bu hələ sübut edilməyib, ancaq şou-biznes ulduzları və bir çox insanlar buna inanır və öz gündəlik həyatlarında da ondan  geniş istifadə edirlər.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri