12 xüsusiyyət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 686
Səs ver:
(səs: 1)
Həyatda yalnız bir neçə dəfə, hətta bəzi hallarda cəmi bir dəfə xüsusi qadınlarla qarşlaşmaq şansı olur. Bu qadınlardan biri də sizin yeganə qadınınız olur – xəyallarınızdakı həmin qadın. Bu görüşlər hər zaman gözlənilməz olur, çox vaxt sizin üçün rahat olmur, lakin o qadın gəlir və bütün həyatınızı birdəfəlik dəyişdirir.
Biz təbiət tərəfindən elə yaradılmışıq ki, iki əks cinsi birlikdə bütünlük təşkil edə bilir. Öz yarının axtarışı  səyahət kimidir, bəzən hətta yorucu bir səyahətdir. Əgər bəxtiniz gətirib və sizin üçün xüsusi hesab olunan qadını tapmısınızsa, ondan bərk-bərk yapışın və heç vaxt, heç vaxt getməyinə icazə verməyin. 
Heç də hamımız həyatımızın sevgisini tapdıqda özümüzü müdrik aparmırıq və inanın ki, sonra bütün ömür boyu bunun peşmançılığını çəkirik.  Əgər həmin qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə, ona heç vaxt getməyə icazə verməyin.  

1. O sizdən ağıllıdır
Hər bir kişi özündən daha ağıllı qadına ehtiyac duyur. Bu cür qadınlar sizə həyatın çətin yollarından keçməyə kömək edir. Deyirlər ki, hər uğurlu kişinin ardında müdrik qadın dayanır. Qadınsız kişi adi eqoistdən başqa bir şey deyil. Onun həyatına ağıllı qadın gətirin – məna yaranacaq, istiqamət və müdriklik peyda olacaq ki, heç nəyi korlamasın. 

2. O gözəldir
Gözəllik baxan gözlərdə gizlənir. Əgər o sizin zövqünüzə görə çox gözəldirsə, ondan bərk yapışın. Mən fikir vermişəm ki, bizim günümüzdə gözəlliyə çox əhəmiyyət verənlər və bir də bu konsepsiyanın tam əksinə çıxış edənlər var. Gözəllik gözardı ediləsi məsələ deyil, sadəcə hər kəs onu fərqli görür və sənə uyğun olan gözəlliyi tapdıqda, hər şey rəngini dəyişir. Sadəcə bəzi şeyləri düzgün dəyərləndirmək lazımdır. 

3. O qayğıkeş və xeyirxahdır
Yaxşı insanlar xeyirxah insanlardır. Əgər o xeyirxahdırsa, onu saxlamalı olduğunuz haqqında artıq söz deməyə də ehtiyac qalmır. Qadın üçün qayğı göstərmək bacarığı olduqca əhəmiyyətlidir. Bəzi hallarda kişi qadından daha qayğıkeşdir. Buna baxmayaraq, bütün qadınlarda analıq instinkti var. 

4. O enerjilidir
Həyat bəzi mərhələlərdə çətin olur. O da bu dövrlərdə kefsiz və darıxdırıcı ola bilər. Qadınlar kişilərin kefini açmaq və onları əyləndirmək üçün yaranmayıblar. Əslində, bunun tam əksini iddia edə bilərik. Lakin enerjili, hərəkət edib, macəralara hazır qadınla siz özünüzü daha xoşbəxt hiss edəcəksiniz. 

5. O sizi bütün qəlbiylə sevir Bu sözsüz ki, ən vacib şeydir. Qadın sizi sevdiyində, o bunu bütün qəlbiylə edir. Kişilər daha çox eqosentrikdir. Qadının isə özünü bütünlüklə sevdiklərinə həsr etmək bacarığı var. Əgər sizi həqiqətən sevən qadınla qarşılaşmısınızsa, siz kainatın ən böyük hədiyyəsini almısınız. 

6. O güzəştə getməyi bacarır
Hər iki cins inadkardır. Biz hər şeyi olduğu vəziyyətdə sevirik və bir çox halda dəyişiklikləri lazımsız hesab edirik. Lakin bu və ya digər halda, münasibətlər güzəştlər üzərində qurulur. Ümumiyyətlə, bu münasibətin mövcud olma mexanizmidir. Güzəştə getməyi bacaran qadın tapmaq mübarizənin yarısıdır. Çünki digər yarsında da siz güzəştə getməlisiniz.

7. O doğmalıq hissi yaradır
Sevmək, dərindən sevmək – bu həyatında ilk dəfə dünyada öz yerini tapmaq, öz evini tapmaq kimidir. Bu o deməkdir ki, siz məhz olmalı olduğunuz yerdəsiniz və daha heç yerə getmək ehtiyacı yoxdur. Əgər siz onun gözlərinə baxdıqda, öz qəlbinizin əksini görürsünüzsə – deməli siz evdəsiniz. Heç yerə getməyin. 

8. O səhvlərinizi deməkdən çəkinmir
Hər kişinin onun axmaqlıqlarını düzəldəcək bir qadına ehtiyacı var. Kişilər böyük məharətlə səhv qərarlaq ala və mənasız hərəkətlər etməyi bacarırlar. Sizə düzgün addımlar atmaqda kömək edəcək qadın tapmısınızsa, o sizin səhvlərinizə diqqət etməyinizə kömək edəcək, doğru seçimlər etməyinizə səbəb olacaqdır. 

9. O güclü olsa da, qadınlığını itirmir 
Hər kəsin zövqü fərqli olsa da, qadınlarda gücün və qadınlığın vəhdətinə daha çox üstünlük verilir. Güclü qadın hər bir kişiyə lazım olan yoldaşdır. Qadınlığını itirməyən güclü qadınlar isə mükəmməllikdir. Bu halda qadın öz dəyərini bilir və qadın doğulduğu üçün fəxr edir. 

10. O ehtiraslıdır
Ehtiras dolu həyat elə bir həyatdır ki, onu yaşamağa dəyər. Lakin tək başına ehtiraslı həyat yaşamaq mümkün deyil. Ehtiras iki canlı orqanizm arasında yaranır, hətta iki individual arasında. Ehtiras yoluxucu olduğu üçün mükəmməldir. Bu dünyadakə ən çox arzulanan yoluxucu "xəstəlikdir.”

11. O bacarıqlıdır
Mən başa düşürəm ki, bəzi kişilər, özünə elə qadın axtarır ki, evdə otursun və ev işləriylə məşğul olsun. Hətta bunu arzulayan qadınların olduğunu da qəbul edirəm. Lakin bu tip qadınlar mənim üçün deyil. Lakin əgər siz belə qadın arzulayırsınızsa, onda onun bu bacarığını da yüksək qiymətləndirməlisiniz. 

12. O sizin üçün hər şey deməkdir
Bəzən biz bir insanı dəlicəsinə sevirik və bunun səbəbini açıqlaya bilmirik. Əslində bizə heç səbəb də lazım deyil. Əgər siz onu sevirsinizsə və onsuz həyatınızı təsəvvür etmirsinizsə, özünüzə onu əldən verməyə icazə verməyin. Əgər o sizin üçün bu qədər əhəmiyyətlidirsə, bunu dərk etməlisiniz. Bəzən insanlar sevdiklərinin onlar üçün nə qədər əhəmiyyət daşıdığını həmin insanları itirmədikcə dərk etmirlər. Biz hər zaman ikinci şansımızın olacağını düşünürük, bəlkə yenə də bir gün barışacağımızı düşünürük. Ola bilər. Lakin, bunun əksi də ola bilər. Siz sonra uzun illər həyatınızdakı ən əhəmiyyətli şeyi əldən verdiyinizə görə peşmanlıq hiss edə bilərsiniz. Risk etməyə dəyməz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri