Əfsanə yazıçının 17 həyat qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 029
Səs ver:
(səs: 0)
Məşhur sənətkarların həyat tərzləri xüsusilə onları ideal olaraq görən və ya onların işlərinə heyran qalmış kəslər üçün olduqca maraqlıdır. Heç şübhəsiz ki, Lev Tolstoy da hər kəs üçün maraqlı olan əfsanə yazıçılardandır.

Tolstoy 18 yaşında ikən (yəni 1847-ci ildə) hər gün etdiyi fəaliyyətləri ilə bağlı xüsusi bir gündəlik tutmağa başlayır. "Gündəlik fəaliyyətlər gündəliyi" ndə Tolstoy işindən yemək yeməsinə qədər nəyə nə qədər zaman ayıracağını qəti şəkildə proqramlayır. Məhz elə o gündəliyin içində də Tolstoyun özünə qoyduğu "həyat qaydaları" yer alır.

"Əxlaq baxımından özüm qədər yaxşı biriylə; və ya mənim kimi idealları üçün hər şeyini qurban edə biləcək bir adamla görüşməmişəm." deyən Tolstoy bəllidir ki, həyat qaydalarını yazdığında böyük ölçüdə özünü düşünən amma eyni zamanda, özü haqqında çox qatı sayıla biləcək bir mövqedədir. Budur, Tolstoyun gündəlik həyat, əxlaq, yaxşılıq, ərdəmi ətrafında dolaşan qaydaları ...

1. Səhər saat 5.00-da oyan.
2. Axşam saat 22.00 olmadan yatağa gir.
3. Gün içində ən çox iki saat yatmaq qəbul ediləndir.
4. Məqbul səviyyədə yemək ye.
5. Hər gün bir saat gəz.
6. Şirniyyatlardan uzaq dur.
7. Yalnız ayın 2 gününü istədiyin bir qadına ayır.
8. İşinə yaraya bildiyin insanları sev.
9. Məntiqə uyğun gəlməyən heç bir ümumi, xalq görüşünü nəzərə alma.
10. Bir anda yalnız bir işə fokuslan.
11. Lazımlı olmadıqca xəyallarda çox uçma.

İlk olaraq 11 ədəd olan bu qaydalara Tolstoy zamanla yenilərini əlavə edir. Bunlardır:
12. Əsla duyğularını göstərmə.
13. Haqqında başqalarının nə düşündüyünü önəmsəmə.
14. Yaxşı şeyləri gözə çarpmayacaq şəkildə et.
15. Qadınlardan uzaq dur.
16. Çox çalışaraq arzunu basdır.
17. Daha az bəxtli olanlara kömək et.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri