Ağrı
var ürəyimdə.Əgər ürək demək mümkünsə ona… İndi o, hər şeyə hazırdır.
Qoy hamı nifrət etsin ona. Nifrətə də hazırdı! Çünki nifrətə layiq bilir
özünü...
Yaşamaq, yaşamaq, yaşamaq!!! Buna yaşamaq demək olar?! Onun -bunun
qəlbin qıra- qıra, səhvlər edə-edə. Nə qədər bağışlanmaq olar? Axı, heç
nə unudulmur? Əgər pislik etmisənsə, kimisə incitmisənsə o yaddaşda
qalır. Ən azı sənin vicdanının yaddaşında. O isə vaxtaşırı, sənin
gözləmədiyin anda düz gözlərinin içinə baxır. Tab gətirə bilərsənmi bu
baxışa?! Görüm, necə tab gətirirsən!?
Əgər buir səhv bir neçə dəfə təkrar olunursa? Onda Yaddaşın nə günahı,
ya «səhv» nə etsin buna? Umumiyyətlə bu, səhv sayılırmı? Buna «səhv»
sözünün arxasında gizlənmək deyirlər. Buna özünü aldatmaq deyirlər. Bu
içindəki qorxulu, heybətli «canavardan» imtina deməkdir. Boynundan
atmaq. göz yummaq deməkdir:" Yox, mən o canavarı tanımıram, nə canavar?
Belə şey yoxdur!" — deyib, -" Mən sadəcə səhv etmişəm, hamı səhv edir", —
deyə özünə təsəlli verməkdir. Təsəlli isə, vəziyyəti yumuşaldır, amma
dəyişmir.
İçindəki canavarsa gülür, ürəyin isə bu yandırıcı gülüşdən qulaqları «yanır», hə məhz yanır, çünki qulaqları çoxdan tutulmuşdu.
Canavarla çarpışırsan. Gah o, səni basır, gah sən onu. O, güclüdürsə
qalib gəlir, sən çürüyürsən. Onda sən xəstələnməlisən, bərk
xəstələnməlisən. Sən xərçəng tutmalısan. Onda mərhəmətli ölüm kölgə
salar. O, gəlir, yaxınlaşır, hə, elədir, o sənin xilaskarındı...
Nə yaxşı ölüm var. Biz insanlar o dərəcədə nankoruq ki, heç ölümün də
qədrini bilmirik. Yoxsa canavarla yaşamaq, hər gün onun gülüşlərini
görmək, hər səhər " sabahın xeyir", hər gecə «yuxun şirin olsun»
eşitmək, istehzalı baxışlarından qaçmaq, Amman Allah, bu zülümdü.
Qaçmaq, amma yerindən tərpənmədən, bir millimetr belə məsafə qət
etmədən. Yalnız özünü aldatmaq:" Bir bax, bir kilometr, on kilometr, yüz
kilometr qaçmışam. Mən necə də sürətlə qaçıram...". Sonra məyus- məyus
anlamaq ki:" ...Mən necə də gözəl yalan danışa bilirəm".
Canavara qalib gələ bilmirəm, buna kifayət qədər gücüm, qüvvətim
yoxdur, amma məharətlə yalan danışıram, özdə heç bir qüvvə sərf etmədən.
Buna necə ad vermək olar? Hə… buna yaşamaq deyirlər! Mən yaşamalıyam, o
yaşamalıdır, biz yaşamalıyıq! Onun, hər kəsin qəlbini qıra -qıra, çox
qəlbləri vaxt «sökə-sökə», axı, «tikməyi» bacarmırıq. Çünki ürəyi sökmək
asandı, bir -iki kəlmə acı söz. işlər qaydasındadır, gözlərini açdın-
yumdun məqsədinin zirvəsindəsən. Amma canavarla bacarmırsan axı. Onu
«sındırmaq», «sökmək» əlindən gəlmir. Buna iradə. güc, ürək lazımdı.
Sənin ürəyinsə çırpınır ağrıdan, can verir. Onda başa düşürsən ki,
xəstələnmisən, amma ölümə aparan, ona yaxınlaşdıran, səni «xilas edən»,
xilaskar xərçəng, ya sətəlcəm xəstəliyinə yox! Sən «Canavar» tutmusan,
cavanar xəstəliyi.Bu isə öldürmür, əksinə daha da yaşadır. Yaşamağa
məcbur edir. Amma 5 il desən 50 il, 1 il desən 100 il yaşadır, çox
mehriban və qayğıkeş xəstəlidi.
Hə, nifrət edin mənə, buna hazıram! Onsuzda canavarın pəncəsindəyəm,
onsuzda o məni buraxmayacaq, zəif damarımı tutub. Vaxtaşırı basır
damarımı, nifrət edin mənə! Heç olmasa onunla çarpışanda nifrətlə
vuruşum. heç olmasa nifrətlə bağırım ona.
Nifrət edin mənə, Mən bunu istəyirəm...mənə nifrət verin!!!