Hər bir kəs ölümü mütləq dadacaqdır

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 2 552
Səs ver:
(səs: 3)
Hər bir kəs ölümü mütləq dadacaqdır. Hər oyunun özünə görə bir qaydası vardır. O qaydalara riayət edilərək o oyun oynalılır. Əgər siz bu oyunu qaydalara uyğun deyil, mən istədiyim kimi oynayıram desəniz, sizə o məkanda yer yoxdur. 
Futbolda topu əlinizə ala bilməzsəniz. Basketbolda isə topu ayaginizla vura bilməzsəniz. Bunlar oyunun qaydasıdır. Əgər bu qaydaları qəbul etmirsinizsə, o zaman onsuz da siz meydançaya da girəbilməyəcəksiniz. Çünki o meydançaya çıxmaq üçün qaydaları qəbul etmək lazımdır.Dində belədi.
Dinin qaydalarını qəbul  edə və ya etməyəbilərsiniz. Amma mən dini qəbul edirəm dediyiniz zaman, Peyğəmbərin gətirdiyi qanunları da qəbul edirəm deməkdir bu.
O zaman sizin düşündüyünüz etdiyiniz hər bir şey Peyğəmbərin sunələrinə qaydalarla uyğun olmalır. Əgər düşündüyünüz bəzi şeylər, Peyğəmbərin buyurduqlarına tabe olmursa, düşünmekdə sərbəstsiniz , amma Peyğəmbərə inandiginizi və ona tabe oldugunuzu deməyə haqqınız yoxdur.
Hər kər hüzür yerində tabutun üzərinə sərilmiş  örtükdəki yazını görüb.Orda "hər kəs ölümü dadacaq” yazılıb. Cümləyə diqqət edək, hər kəs öləcək yox, ölümü dadacaq deyilir. İnsan ölmür, ölümü dadır ve sonra yenidən dirilir.
Ölümü dadmaq, nədir ölüm?
Bir yerdə  yaşayırsınız, ətrafınızda də insanlar var. O anda əlinizi qaldırmaq istəyirsiniz, amma qaldira bilmirsiniz. Bir şey demək  istəyirsiniz, səsiniz çıxmır, bir anda təşvişə düsürsünüz. İflicmi, şikəstmi oldum, deyirsiniz? Sizdə bu düsüncə, duyğu hakim olur o anda. Halbuki sizin halınızdan şüphələnirlər, baxırlar, hərəkət yox, gəlib toxunurlar elə olduğunuz yerdə qalırsınız.
Ah! Öldü! Deyirlər. Siz onlarin öldü sözündən öldüyünüzü anlayırsınız.
Diqqət edin. Ağlınız, şuurunuz, idrakınız,bütün duyulariniz yerində, çöldə baş verənləri görürsünüz. Amma bədən hərəkətsizdir.
Nə qədər hayqırsanız belə, sizi kimsə eşitmir, artıq bu dünya ilə əlaqəniz tamam kəsilib, əbədi həyata doğru addınlayırsınız.
Siz müəyyən bir müddət üçün bu bədənlə birlikdə yaşayan, lakin bir müddət sonra bu bədəni tərk edib, bədənsiz olaraq yaşamağa davam edəcəksiniz.
İndi hər nə qədər bu dünyada yaşasanız da, müəyyən bir müddət sonra, bu dünya ilə bütün əlaqəniz kəsiləcək, pulunuz, vəzifəniz, qazancınız, ailəniz, uşaqlarınız, ananiz, atanız heç biri sizə kömək olmayacaq, hamısı arxada qalacaq. Onlar yalniz bu dünyada sizlərlə olacaq, aliləniz yalniz məzara kimi sizlə gedecək, ondan sonrasını isə tək başınıza getməlisiniz.
Əgər o həyatın şərtlərinə görə özünüzü hazırlamasanız, siz nə olursa olsun, o mühitdə çox böyük bir sıxıntıya, əzaba düşəcəksiniz.  Dənizə gedəcək biri gec-tez üzgüçülük öyrənmək məcburiyyətindədir. Üzməyi öyrənməsə, o dənizin içində boğulur. Bunun başqa yolu yoxdur.
Mən dünyada belə bir adam oldum, belə bir insan oldum, onu etdim, bunu etdim. Sən dünyada necə  bir insan olsan ol, əgər üzməyi  öyrənməsən, bogulasan. Hətta sən, "mən gəminin kapitanının tanıyıram, onu sevirem", demeyin belə faydasızdır üzməyi bilmədikdən sonra.
Sən əgər ölüm sonrası aləmə lazım olan şəkildə hazirlaşmasan, nə olsan ol, o aləmin batağında boğularsan.
Mən Peyğəmbərə inanıram, Allaha inanıram, amma lazım olan kimi hazırlana bilmirəm. Aldatma özünü, məntiqini işlət, beynini işlət.
həqiqəti düşün.
Sənin halın o adama bənzəyir. Gəmi səfərinə çixmış, Kapitanla da çox səmimi, kapitanın süfrəsində yemək yeyir, kapitanla da çox yaxşı münasibəti var. Amma bir gün  gəmiyə su dolur, batmaq üzrə olur, hamı tələsik üzgüçülük öyrənsin deyə, kapitan hər kəsə səsləlnir. Amma  Sən deyirsən ki,  mən burada  kefimə baxım, mən kapitanı sevirəm, necə olsa  məni xilas edər düşünürsən. Bir müddət sonra gəmi batır, sən isə dənizin içində hayqırırsan, "Mən kapitanı sevirəm". Burda kapitanı sevmək sənə kömək olmaz, zamanında gərək üzmə öyrənərdin ki, batmayasan.
Allahın da bizim sevgimizə ehdiyacı yoxdu.
Deyirsən, mən Sənə inanıram, Səni sevirəm, amma bildiyin kimi yaşayırsan, kimi aldadırsan? İnanmaqdan, sevməkdən əlavə bütün buyurulanlara əməl etmək lazımdır. Gedecəyin yerə lazımınca hazırlaşmaq lazımdır.
Harasa istirahətə gedəndə çoxumuz bir ay əvvəldən tədarük görürük. Gedəcəyiniz yerin qaydalarını örənirsiniz, ora haqqında maraqlanıb her şeyi örənməyə çalışırsınız. Bəs əbədi yolculuğa nə zaman hazırlıq görəcəyik?
Ömür boyu sonsuz yasayacagın bir yerə gedəcəksən, bir daha geri dönüs yoxdur.
Hazirlanmadan əvvəl, oranın nə oldugunu öyrən, ondan sonra hazirlan, bilmədiyin bir şeye necə tədbir görərsən?
Vacibliyini duysun. Sənin zəmanətin var? Bu qədər il yasayacagına dair.
Bəs, o ölüm  ilə birlikdə baslayacaq olan ölüm sonrasına hazirlanmadınsa, səni kim xilas edəcək, nə xilas edəcək? Allah kərim, yuxarıda Allah var, necə  olsa, xilas edər. Burax, bu düşüncələri ağlını topla və lazım olan kimi yaşa.
Əgər Cənnəti istəyirsənsə, istənilən kimi yaşa, yox əgər Cəhənnəmi istəyirsənsə, istədiyin kimi yaşa, seçim sənindir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri