Barmaqların suda qırışmasının mükəmməl sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 657
Səs ver:
(səs: 2)
Barmaqların suda uzun müddət qaldıqda, qırışmasını dərinin süngər kimi suyu çəkməsilə əlaqələndirilirdi.

Alimlər bunun başqa səbəbdən baş verdiyini aşkar ediblər.
 
İngilis "Biology Letters" jurnalında dərc olunan araşdırmaya görə, İngiltərədəki Newcastle Universitetinin alimlərinin araşdırması göstərir ki, qırışmış barmaqlar yaş olduğu halda daha yaxşı qavrama qabiliyyətinə malikdir.
 
Suda uzun müddət qalanda dərinin formasını dəyişməsi süngərəbənzər xüsusiyyətindən deyil, yaş obyektləri daha yaxşı tuta bilməsi üçündür.
 
Tədqiqatçılardan Tom Smulders, bunun, avtomobillərin şinlərinə bənzərliyini bildirib. Onun sözlərinə görə, şinlərin yaxşı yol tutmasını üçün onların üzərində olan arakəsmələrlə qırışlar demək olar ki, eynidir.
 
Smulders və qrupu, könüllülərdən əvvəl əlləri quru olaraq fərqli ölçülərdəki diyircəkləri tutmalarını istəyib.
 
Daha sonra alimlər könüllülərə, əllərini 30 dəqiqə isti suda saxlandıqdan sonra bu prosesi, həyata keçirmələrini bildirib. İştirakçıların qırışmış barmaqlarla yaş diyircəkləri daha tez tutduqları müşahidə olunub.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri