Hələ də ingiliscə danışa bilməməyinizin 5 əsas səbəbi

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 2 811
Səs ver:
(səs: 2)
1. Siz qaydaları öyrənirsiniz, lakin məğzi dərk etmirsiniz.
İlk dərslər zamanı hər kəs elə düşünür ki, ingilis dili sözlər və qaydalardan ibarətdir. Guya 1000 söz və 16 zaman öyrəndiyin təqdirdə, sərbəst danışa bilərsən. Ona görə də bacardıqları qədər çox söz və qayda öyrənməyə çalışırlar. Lakin bu səhvdir. Azərbaycanca necə danışdığınızı yada salın. Beyninizin işini müşahidə edin – sözlər sanki özləri cümlədə düzülür və sizin bu prosesdə iştirakınıza ehtiyac qalmır. Siz heç düşünməyə macal tapmamış, nitqinizdə sözlər meydana gəlir, mürəkkəb cümlələr qurulur. Bəs bu sizdə necə alınır? Düşünməyin ki, şüuraltınızda saxlanmış qaydalar və sözlər sizə kömək edir, xeyr, bu belə deyil. Biz danışdığımız zaman ifadələri sıfırdan yığmırıq. Biz öz nitqimizi qurmuruq. Xarici dil öyrənməyin də əsasında bu dayanmalıdır. Siz qaydaları öyrənmək üçün çalışırmırsınız. Siz beyninizi məşq etdirməyə çalışırsınız. İdmanda olduğu kimi.

2. Bütün məsələ dərsliklərdədir.
Təəssüf ki, hətta çalışma dəftərləriylə olan ingilis dili dərslikləri də, çalışmaq üçün kifayət qədər materialla təmin etmir. Müəllim sizə köhnə "Murphy” kitabıyla yaxınlaşırsa, deməli düzgün yoldasınız. İngilis dili ingilisdilli jurnallardan olan məqalələr, videolar, film və serialardan fraqmentlərlə öyrədilə bilər. Belə bir mif mövcuddur ki, guya ancaq sınanmış Britaniya dərslikləriylə dil öyrənmək lazımdır. Əslində isə əsas olan öyrənmək texnikasını dərk etməkdir. Dərslik isə sadəcə olaraq vasitələrdən biridir.
Hər hansı bir sözü və ya ifadəni yadda saxlamaq üçün:
1. Həmin sözü bir neçə dəfə oxuyun və qulaq asın.
2. Həmin sözü bir neçə dəfə müxtəlif situasiyalarda istifadə edərək yaddaşınıza həkk edin.
 
3. Özünüzə qəddar müddətlər qoyursunuz və təslim olursunuz
15 məşq ilə 15 kq arıqlamaq mümkün deyil – bu mədədəki maddələr mübadiləsinin sürətiylə bağlıdır. O cümlədən də, dili 2 aya və ya 6 aya tam öyrənmək mümkün deyil. Bir ildən az olmayaraq çalışmağa hazır olun, başqa cür heç vaxt nəticə əldə edə bilməyəcəksiniz. Əgər kimsə sizə 3-6 ay ərzində dili tam öyrətməyi söz verirsə – deməli, burda nəsə düz deyil. Bundansa özünüzə müəyyən müddətlər qoyun və məsələn, həftədə 3 dəfə 1 saat olmaqla ingilis dili öyrənin. Bu həftədə 1 dəfə 3 saat oxumaqdan qat-qat daha faydalıdır.Sizə sakitlik və rahatlıq lazımdır. Özünüzü bu şərtlərlə təmin edin.
 
4. Öyrəndiyiniz dil həyatınızın bir parçasına çevrilməyib
İnkişafı sürətləndirmək üçün əla üsul – gündəlik həyatda özünü öyrəndiyin dillə əhatələmək. Siz həmin dillə təkcə dərslərdə deyil, evdə, işdə, əylənərkən də əlaqədə olmalısınız. Nə qədər çox olsa, bir o qədər yaxşıdır.
• Telefon və ya kompüterinizin əsas dilini (interfeys) ingilis dilinə keçirin.
• Sosial şəbəkələrdə dili dəyişin.
• Sadə dildə yazılmış ingiliscə kitab götürün.
• Başlanğıc səviyyənin öhdəsindən gəlmisinizsə, ingilis dilində seriallara baxmağa başlayın.
Yeni başlayanlar üçün "Friends”, "How I met your mother”, "Doctor House” və sair kimi çox məşhur seriallar ideal ola bilər.
 
5. Siz hələ də xüsusi olduğunuzu düşünürsünüz
Xarici dili öyrənmək bacarığı olmayan insanlar mövcud deyil. Ən azından bir dili öyrənmək bacarığınız mütləq var. İki dili də… Beləliklə, hələ də ingiliscə danışmaq sizdə alınmırsa, nələri nəzərinizdən qaçırdığınızı düşünün:
• Öyrəndiyiniz şeylərin məğzini dərk etməyə çalışırsınız ya ancaq qaydaları öyrənməklə məşğulsunuz? İndi artıq bilirsiniz ki, bu kifayət deyil.
• Müəlliminiz sizinlə necə məşğul olur? Siz dərslik üzrə hərəkət edirsiniz və o sizin inkişafınıza ciddi nəzarət edir? İndi artıq bilirsiniz ki, dərslik sadəcə olaraq vasitələrdən biridir.
• Nə qədər tez-tez çalışırsınız? Əgər mütəmadi olmayaraq və nadir hallarda çalışırsınızsa, deməli özünüz üçün daha rahat şərtlər yaratmalısınız.
• Səbriniz nə qədər çatır? Əgər siz 3 aydan sonra nəticə gözləyirdinizsə və alınmadığında təslim olmusunuzsa – təəccüblü heç nə yoxdur. İndi bilirsiniz ki, nəticə tez əldə olunmur.
• Dərslər arasında nəylə məşğul olurdunuz? Özünüzü xarici dillə əhatələməyi bacarmısınızmı?
Uğurlar! Unutmayın ki, hər şey sizin arzunuzdan asılıdır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri