Antik
fəlsəfənin meydana gəlməsi və formalaşmasında Elladanın fəlsəfəyə
qədərki mifoloji şüurunun böyük rolu olmuşdur. O, isə Homer, Hesoid və
fikirlərin mifologiyasında öz əksini tapmışdır. Onlardan birincisi
aristokratik, ikincisi demokratik, üşüncüsü isə qul şüurunun
təzahürlərindən ibarət olmuşdur. Qədim Yunan fəlsəfəsinin öyrənilməsində
onu iki dövrə bölmək ənənəsi özünə yer etmişdir. Birinci dövr Sokrata
qədərki filosofların yaradıcılığı, ikinci dövr isə Sokratdan sonrakı
filosofların yaradıcılığı dövrüdür.
Antik
fəlsəfənin təşəkkülündə «yeddi müdriklərin» böyük rolu olmuşdur. Onlar
e.ə. VII əsrin sonu VI əsrin əvvəllərində yaşayıb yaratmışlar. Qədim
Yunanıstanda fəlsəfi fakir e.ə. VI əsrdə meydana gələrək 3 (üç)
mərhələdən ibarət olan inkişaf dövrü keçmişdir. Birinci dövr e.ə. VI
əsrdən-V əsrə qədərki meydana gəlmə; ikinci dövr e.ə. V-IV əsrlərdə
özünün yetkinlik və çiçəklənmə; üçüncü dövr e.ə. III-I əsrlərdə ellinizm
və Roma respublikası dövründə tənəzzül mərhələsi Qədim Yunanıstanda ilk
fəlsəfə məktəbi İoniya fəlsəfəsidir. Məhz burada «Coğrafi məkan» və
iqlim şərait Yaxın şərq ölkələri ilə birbaşa təməsda olması. Orada
Homer, Herodat və coğrafiyaçı Hekatay kimi görkəmli mütəfəkkirlər
yetişmişdirlər.
qədim
yunan filosofları Platon və AristotelQədim Yunanıstanda fəlsəfə
ənənəsində e.ə. V əsrdə Afinada meydana gəlib formalaşan sofistlərin
fəlsəfəsi mühüm yer tutmuşdur. Sofistikanın banisi Protaqor (481-441
e.ə.) olmuşdur. Onun fikrincə «insana həm mövcud olanların mövcud
olduğuna görə, həm də mövcud olmayanların mövcud olmadıqlarına görə hər
şeyin ölçüsüdür». Onun fikrincə bütün mühükimələr nisbidir, onda nə
yalan, nə də həqiqət mövcuddur. Qədim Yunanıstanın görkəmli idealist
filosoflarından Sokratı və Platonu göstərmək olar. Sokratın fikrincə,
özünü dərk etmək bütün adamlar üçün ümumi olan keyfiyyətlər anlayışını
tapmaqdan ibarətdir. Sokratın tələbəsi olmuş Platon Afinada Akademiya
təşkil etmişdir. Onun fəlsəfə sistemi ontologiyadan, teologiyadan,
kosmologiyadan, psixologiyadan, etika və sosiologiyadan ibarətdir.
Platonunfikrincə, həqiqi varlıq nə isə ağılla dərk edilən və cisimsiz
ideyalardan ibarətdir. Onun fikrincə bilik yalnız ideyaların öz aləmində
seyr etməsini xatırlamaqdan ibarətdir. Bilik anadan gəlmədir və onu heç
bir digər hissi qavrayış əvəz edə bilməz. Elladanın sonuncu filosofu
Aristoteldir. O, Likey adlı fəlsəfə məktəbinin əsasını qoymuşdur. Onun
əsərlərini səkkiz qrupa bölürlər: məntiq, ümumfəlsəfi, fiziki, bioloji,
psixoloji, etnik, iqtisadi-siyasi və sənətşünaslıq Aristotelin əsas
fəlsəfi əsəri «Metafizika»-dır (fizikadan sonra).
Aristotelin
fəlsəfəsində materiyanın rolu yüksəkdir. Çünki təbiətdə mövcud
olanların hamısı materiya və formadan ibarətdirlər. Materiyasız nə
təbiət, nə də onun hadisələri mövcud ola bilməz. O, göstərir ki,
mahiyyət hər şeydən əvvəl fikirdə, ikincisi isə müstəqil mövcud olmaq
qabiliyyətində aşkar olunur.
Aristotelin
məntiqə dair baxışları indi də öz əhəmiyyətini itirməmişdir. Onun
məntiqində birincisi, ehtimallı bilik metodu, yəni dialektika, ikincisi,
tərif və sübutdan ibarət olan həqiqi biliyin metodu, üşüncüsü,
induksiyadan ibarət olan biliyin əsasını tapılma metodudur. Aristotel
cəmiyyətdəki ünsiyyət formaları içərisində mənafe və məqsədlərin rolunu,
insanın mahiyyətini göstərən ilk filosof olmuşdur.