Einsteinin məşhur fotosunun tarixçəsi

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 2 002
Səs ver:
(səs: 4)
Bu məşhur fotoşəklə mütləq daha əvvəllər də rast gəlmisiniz. Az qala çənəsinə qədər uzanmış diliylə bu böyük alimin məşhur şəkliylə bağlı saysız-hesabsız hekayələr uydurulmuşdur. Bəs yaxşı, Albert Einstein’in bu məşhur fotosunun həqiqi hekayəsi nədir?
Great News Photos and the Stories Behind Them ("Məşhur şəkillər və onların arxasındakı həqiqətlər”) kitabının müəllifi John Saber bu şəklin hansı şərtlərdə çəkildiyini bizim üçün aydınlatmış oldu.

Einstein 72 yaşını qeyd etdiyi doğum günü şərəfinə verilən ziyafətdə dostları və elm dünyasından olan digər insanlarla birlikdə 14 mart, 1951-ci ildə Princeton Club’da görüşür. Olduqca çox insanın qatıldığı ziyafətdə həm də çox sayda fotoqraf var idi. Gecənin sonunda alim çox yorulur. Lakin yenə də səbrlə fotoqraflara şəkil çəkmələri üçün imkan yaradır.
Nəhayət ki, dostlarından biri onu evinə aparmağı təklif edir və onlar binadan çıxırlar. Lakin, professor maşına mindikdə, fotoqraf Art Sasse son bir foto çəkə bilmək üçün cəld onlara yaxınlaşır. Sasse bu istəyini mədəni şəkildə Einstein’ə bildirir. Daha sonra olanları Sasse’nin öz cümlələriylə ifadə edsək: ‘Einstein arxasını çevirdi və dilini bayıra çıxardı. Mən də onun fotosunu çəkdim.’’
Fotoşəklin tam versiyası, fotoqraf: Art Sasse Qeyd edək ki, foto nəşr edildikdən sonra Einstein ondan 9 nüsxə sifariş etmişdi. Görünür alim özü də bu fotosunu bütün dünya kimi çox sevmişdi.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri