Xoşbəxtlik pulda deyil, alış-verişdədir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 176
Səs ver:
(səs: 1)
Ölümündən 54 il keçməsinə baxmayaraq Merilyn Monroe hələ də gözəlliylə bütün dünyada özündən bəhs etdirir. Onun adından bəhs edilərkən "Dünyanın 8-ci” möcüzəsi də deyirlər. Lakin, Monroe təkcə gözəl qadın deyildi, həm də hissləri və düşüncələriylə insanları özünə heyran qoymağı bacarırdı. Olduqca həssas olan bu gözəl qadın həm də iti ağla malik idi. Bunu onun düşüncələrindən də hiss edə bilərsiniz.

1. Ağıllı qadın öpür – ancaq sevmir, eşidir – ancaq inanmır və ən əsası isə, tərk edilənə qədər özü birinci tərk edir.

2. Karyera mükəmməl şeydir. Ancaq soyuq gecələrdə o sizi isidə bilməz.

3.  Hündürdaban ayaqqabını kimin kəşf etdiyini bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, dünyadakı bütün qadınlar həmin adama borcludur.

4. Kiminləsə bədbəxt olmaqdansa , tək qalmaq daha yaxşıdır.

5. Gözəl öpüş daha birinə də layiqdir.

6. Xoşbəxtlik pulda deyil, alış-verişdədir.

7. Hər zaman özünə inan. Əgər sən özünə inanmırsansa, başqasından sənə inanmasını necə gözləyə bilərsən?

8. Bütün kişilər eynidirlər. Sadəcə qadınlar onları fərqləndirə bilsinlər deyə fərqli simalara sahibdirlər.

9. Biz qadınların iki silahı var. Kirpiklərimiz üçün tuş və göz yaşlarımız. Təəssüf ki, hər ikisini eyni anda istifadə edə bilmirik.

10. Mənim şüarım – "Narahat olma, Narahat et.”

11. Qadının baxışı və dodaqları gözəl olmalıdır. Çünki baxışı ilə sevdiyini göstərir. Dodaqları ilə isə sevdiyini sübut edir.

12. Gözəllik- azadlıqdır.

13. Qadınlara bir cüt ayaqqabı verin və onlar bütün dünyanı fəth etsinlər.

14. Ər həmin şəxsdir ki, sənin doğum gününü xatırlamır. Lakin, yaşının neçə olduğunu demək imkanını heç vaxt əldən vermir.

15. Müvəffəqiyyət kürü kimidir. Dadlıdır, ancaq çox yesən ürəyin bulanar.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri