Sağlam şəkildə uzun ömürə malik olmaq - hər bir insanın arzusudur.
Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən 6-nı tanıyaq:
1. 7 saatdan çox əyləşmək. Mütəxəssislər
yaşı 45-dən çox olan 230 nəfərin üzərində apardıqları tədqiqatdan belə
nəticəyə gəliblər ki, o insanlar ki, gün ərzində 7 saatdan çox
əyləşirlər, az fəaliyyət göstərirlər - daha çox ölüm riskində qərar
tuturlar. Ən az 6 il ömürlərini azaldırlar.
2. 8 saatdan çox yatmaq. Yuxu
bədənin fəaliyyətini yaxşılaşdırmaq və əldən verdiyi enerjini bərpa
etmək üçün faydalı olduğu kimi, çox yatmaq sağlamlığı təhlükəyə salar.
Mütəxəssislər bir neçə il ərzində keçirtdikləri tədqiqatdan bu qənaətə
gəlib çatıblar ki, o insanlar ki, gecəni 8 saatdan çox yatırlar, beyin
insultu riskinə daha çox məruz qalırlar. Bu təhlükə qadınlar üçün daha
çoxdur.
3. Hərəkətsiz olmaq. Tədqiqatçılar
bu nəticəyə gəlib çatıblar ki, saatlarla televizor qarşısında əyləşmək,
gün ərzində yatmaq, kalorini yandırmamaq və hərəkətsiz olmaq ölüm
riskini artırar. Bu cür insanlarda xərçəng, parkinsun, qaraciyər
xəstəlikləri riski daha çoxdur.
4. Alkohol içmək. Bu 6 adət içərisində alkohol içmək ölüm riski üçün birinci sırada durur. Alkohol içmək bir çox xərçəng xəstəliklərinə yol açar.
5. Siqaret çəkmək. Mütəxəssislər
96 kişi üzərində tədqiqat aparıb bu nəticəyə gəliblər ki, siqaret
çəkmək ölüm riskinin mühüm amilidir. Tütün bir çox xərçəng
xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən: ağciyər, öd yolu
xərçəngi kimi.
6. Yağlı və şirin yeməklər. Çəkinin
artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Ona görə də
yağlı və şirin qidaların miqdarını tənzimləmək lazımdır ki, həddi
aşmasın. Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə
bilərsiniz.