Mərcan
insanların bəzək-düzək məqsədilə istifadə etdiyi ilk materiallardan
biridir. Qədim şəhərlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan
mərcanlar da bu faktı sübut edir.
Daş-qaşlarla müqayisəyə gəlməyən mərcan...
Mərcan
zərgərlikdə istifadə edilən digər materiallardan fərqlənir. Onu heç bir
qiymətli daş növü ilə müqayisə etmək olmaz. O, bir az inciyə bənzəyir.
Çünki mərcan da eynilə, inci kimi canlı orqanizmin məhsuludur.
Dənizdə
yaşayan onurğasız canlılar olan poliplər özlərini qorumaq üçün əhəngdən
qeyri-adi skelet inşa edirlər. Nəticədə möcüzəvi mərcan meydana gəlir.
Təbiətdə mərcanın bir neçə yüz növü var. Ancaq onlardan yalnız 27-dən
müalicəvi məqsədlərlə istifadə edilir. Zərgərlik sahəsində isə mərcan sadəcə 7 növündən istifadə edilir.
İsti dənizləri qırmızıya boyayan gözəllik
Hər
mərcanın öz unikal rəngi var. Əsasən, qırmızı və çəhrayı rəngdə
olanları baha satılır. Mərcanların bir çoxu italyan dilində
adlandırılıb. Ağ inci - "Bianco”, zərif çəhrayı – "Pella D'Angelo”,
solğun çəhrayı – "Pallida rose”, parlaq çəhrayı – "Rose vivo”, qiymətli
tünd qırmızı mərcan isə "Skurov Rosso” adlandırılır.
Ən məşhur qırmızı mərcan isti dənizlərin 30 500 metr dərinliyində tapılır. Bu mərcanlar hər il təxminən, 75 mm böyüyürlər.
Mərcanın
əsas vətəni Aralıq dənizi hesab edilir. Atlantik, Sakit və Hind
okeanlarının sahillərində, Karib və Qırmızı dənizdə mərcan yataqları
var.
Hazırda Yaponiya, Tayvan və Hindistandan əldə edilən mərcandan, əsasən, müalicə məqsədilə istifadə edilir.
Mərcan fırıldağı
1972-ci
ildə ilk dəfə "Gilson” adlı İsveçrə şirkəti sintetik mərcan əldə etməyə
nail olub. O vaxtdan sonra satışa külli miqdarda saxta mərcan
buraxılıb. Onları təbii mərcandan ayırmaq olduqca çətindir.
Mərcanla
bağlı digər bir saxtakarlıq da boyama texnikası ilə baş tutur. Belə ki,
qırmızı mərcan daha dəyərli hesab edildiyi üçün çox vaxt ağ mərcanı
qırmızı rəngə boyayıb satırlar.
"Həyat ağacı”nın şəfalı xüsusiyyətləri
Qədim
mədəniyyətlərdə mərcana "Həyat ağacı” deyilib. Bu da səbəbsiz deyil.
Çünki mərcan insan orqanizmi üçün olduqca şəfalıdır. Qədim Misirdə
mərcandan xoşbəxtlik və şəfa tapmaq məqsədilə istifadə edilib. Həmçinin
mərcanın bərəkət gətirdiyinə inanılıb.
Romalılar
körpələri qorumaq üçün beşiklərə qırmızı mərcandan hazırlanmış
muncuqlar asıblar. Uşaqlarına Mərcan adı verərək onların sağlam
böyüyücəklərinə inanıblar.
Qadınlar boynuna qırmızı mərcan taxaraq bəd-nəzərdən qorunmağa çalışıblar. Mərcan üzükləri sağ əlin dördüncü barmağına taxblar.
Elm inkar etmir...
Yuxarıda
sadaladıqlarımız qədim insanların batil inancları olsa da, müasir elm
mərcanın şəfalı xüsusiyyətlərini inkar etmir. Onun aşağıdakı faydaları
öz təsdiqini tapıb:
*Hamilə qalmaq şansını artırır.
*Qadınlarda cinsi istəksizliyi aradan qaldırır.
*Sədəf xəstəliyi də daxil olmaqla, bir çox dəri probleminə yaxşı təsir edir.
*Ürəyi və dalağı gücləndirir.
*Qaraciyəri qoruyur.
* İmmunitet sistemini gücləndirir.
*Qan xəstəlikləri və baş ağrısı zamanı tövsiyə edilir.
*Böyrək xəstəliklərini yüngülləşdirir.
*Uşaq otağına qoyulduqda körpələrin sağlam böyümələrinə kömək edir, zehni inkişafı dəstəkləyir.
*Ailədaxili münasibətlərdə müsbət təsiri var.
*Daha cəsarətli addımlar atmağa sövq edir.
*Diqqətsizliyə qarşı təsirlidir.
*Pis yuxular görməyə qoymur.
* Depressiyadan çıxarır.
Rənglərin effektivliyi...
Mərcanın faydalı xüsusiyyətləri onun rəngindən asılı olaraq dəyişir:
Qara mərcan qorxunu, əsəb və ağrını aradan qaldırır. Həmçinin dövrün ən təhlükəli xəstəliklərindən olan stressə qarşı yaxşı təsir göstərir.
Qırmızı mərcan mədə
və qaraciyər üçün faydalıdır. Qan xəstəlikləri zamanı tövsiyə edilir.
Soyuqlama, qızdırma zamanı da effektlidir. Deyilənə görə, gərginlik
yaşadığımız və ya küsülü olduğumuz insanlara qırmızı mərcan hədiyyə
edərək münasibətləri istiləşdirə bilərik.
Mərcandan necə istifadə etməli?
Astrologiyada
mərcan Mars planetini təmsil edir. Ona görə də, bu planetin təsiri
altında olan Qoç və Əqrəb bürcləri mərcandan rahatlıqla istifadə edə
bilərlər.
Qırmızı
mərcanı gümüş və ya qızıl ilə birlikdə istifadə etmək məsləhətdir.
Qırmızı mərcanı əsla zümrüd və mavi sapfir ilə yanaşı saxlamayın. Qara
mərcanı isə qırmızı mərcanla birlikdə istifadə etmək olar.
Hansı mərcan növündən hazırlanmış zinət əşyası taxmağınızdan asılı olmayaraq, mərcanın dərinizlə təmasda olmasına diqqət edin.
Şəfa tapmaq məqsədilə istifadə edəcəksinizsə, 3-5 karatlıq (təxminən, 1 qram) mərcan kifayət edəcək.
Mərcan
vaxt keçdikcə parlaqlığını itirə bilər. Bu keyfiyyətini geri qaytarmaq
üçün onu zeytun yağı ilə ovun. Daşın şəfalı xüsusiyyətlərini itirməməsi
üçün onu ayda bir dəfə dəniz suyunda saxlamaq lazımdır.