Dünyanı dəyişmək. insanlar fikirlərinə görə iki tipə bölünür:Dünyanı dəyişmək istəyənlər və dünyanın dəyişilməsini istəyənlər.
2ci tip insanlar
həyatdan narazı olsalarda onu dəyişmək üçün cəhd göstərmək istəmirlər.
Düşüncələri isə budur"Mən tək başıma dünyanı dəyişəcəm?! imkansız!"
Məsələ
bundadırki siz həqiqətən istəsəz də dünyanı tamamilə dəyişə bilməzsiz.
Dünyanı dəyişmək əslində insanları dəyişməkdir. gözardı etməyi
sevdikləri səhvləri aradan qaldırmaqdır.
İnsanlar nə
qədər çalışqan olsalarda əslində günlük həyat fəlsəfələrindən əl çəkə
bilməyəcək qədər də zəif və asılıdırlar. Onlar öz "adət" saydıqları
alışqanlıqlarına bağlıdırlar. Hərgün milyonlarla insan səbəbini bilmədən
və sorğulamadan bu alışqanlıqlardan asılı halda hərəkət edir. Niyə qara
pişik gördükdə sol çiyin üstündən tüpürmək qədər mənasız bir hərəkəti
edirik? Niyə xoşagəlməz bir hal haqqında danışıldıqda qulağımızı
çəkirik?. Yəni təsəvvür edin yolda keçəl adam görsən qaçıb başını divara
vurmalısan deyə bir adətimiz olsaydı?. Bunu ciddi şəkildə icra
edəcəyimizi düşünün. Əslində olduqca mənasız saydığımız bu və birdigər
adətlər bizim həyatımıza yön verir. Mövzudan kənara çıxdığımızı bilirəm
sürətlə geri dönürəm :))
Bu cür adətlər düşüncə tərzinə çevrilir və insanlar "Mümkün olan"
"mümkün olmayan" anlayışlarını çox vaxt yanlış anlayır. Mümkün olan
odurki sizin dünyanı dəyişməyinizə ehtiyyac yoxdur. Siz özünüzü dəyişin.
Özünüzü inkişaf etdirin və ətrafdakı insanlara yaxşı nümunə olun.
Hərkəs özünü dəyişməyə cəhd etsə onda dünya da dəyişər. Yada ən azından
siz daha yaxşı biri olarsız. Qısacası itiriləcək heçnə yoxdur. Sınamaq
öz əlinizdədir.