Təbiətdə heç bir şey...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 609
Səs ver:
(səs: 1)
Təbiətdə heç bir şey özü üçün yaşamır. Axarsular öz sularını içmirlər. Ağaclar öz meyvələrini yemirlər. Günəş öz istiliyindən istifadə etmir. Güllər ətirlərini özlərinə saxlamırlar. Başqaları üçün yaşamaq təbiətin qanunudur. Əgər bu qanuna uyğun hərəkət etməsək, qanun da bizə qarşı çıxacaq.
H.O.S.T'un beyin inqilabı paylaşma əsasında qurulmuşdu. Bütün çətinlikləri gözə alıb paylaşa bilmək idi güc. Dostluğu, sevgini, bir tikə yeməyi, düşüncələri, hissləri, bir evi, otağı, kitabları və minlərlə fikri paylaşa bilmə bacarığı. Hal-hazırda ətrafıma baxıram, ətrafımdakı inandığım adamların çoxu HOST ailəsindəndi.
Yay idi, orası dəqiq yadımdadı. PRoMete ilə ilk dəfə idi görüşürdük və Elmlər Metrosunun yanında qərarlaşmışdıq. Yolda az-ya ilə rastlaşdıq, söhbət edə-edə evə yollandıq. Qaraqan o biri otaqda yeni parçasını AiDə oxuyurdu.
Mən və az-ya mətbəxə keçdik, gecə gec saatlara qədər söhbətləşdik. İlk dəfə idi ki, çox düşünə bilən, paylaşmağı bacaran insanlarla bir məkandaydım. Bir yerdə.
Sonra bizə nəsə oldu və o qədər sürətlə oldu ki, heç nə başa düşə bilmədim. Mete və Orxanla danışmadıq, sonra Elxan amerikaya getdi, qırağa çəkildi. Royal gedəndən sonra ümumiyyətlə heç uşaqlarla görüşmədik. Royal gedəndən sonra ümumiyyətlə heç bir-birimizi xatırlamadıq. Royal gedəndən sonra ümumiyyətlə heç nə qalmadı.
Hamımız qırağa çəkildik. İndi də üzümüzə "hər şey zordu qaqa" maskası taxmışıq, ətrafa gülüşlər paylayırıq.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri