21-ci əsrin 10 ən yaxşı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 962
Səs ver:
(səs: 0)
XXI Əsrin Ən Yaxşı 10 Kitabı
Amerikanın ədəbiyyat jurnalı olan The Millions XXI əsrin ən yaxşı 20 kitabının siyahısını nəşr edib. Jurnal reytinqin iki variantını tərtib edib. Birinci variant jurnalın oxuyucuları tərəfindən Facebookda xüsusi qrupda səs verilərək, ikinci variant isə jurnalın 56 eksperti tərəfindən yaradılmışdır. Aşağıda isə biz sizə oxuyucuların səs vermələri nəticəsində tərtib edilmiş reytinqin 10 pilləsini təqdim edirik:

 
1. "Yol”, Cormac McCarthy
Oxucuların səsverməsi nəticəsində sərt realizmi ilə məşhur və insan təbiətini boyasız, romantikasız olduğu kimi təqdim edən Komrak Makkartinin "Yol” kitabı reytinqdə ilk pilləyə layiq görülmüşdür.

 
2. "Oskar Uo-nun qısa və heyrətamiz həyatı”, Junot Dias
2007-ci ilin yarı avtobioqrafik əsəri Dominikan əsilli amerikalı yazıçı Junot Dias tərəfindən yazılıb. Bu əsərdə New Jersey’də böyüyən və zamansız vəfat edən kök və çox bədbəxt bir uşağın taleyindən bəhs edilir.

 
3. "2666” Roberto Bolano  
Əsər çilili yazıçı Roberto Bolano (1953-2003) tərəfindən yazılıb. Roman 5 hissədən ibarətdir və yazıçı ölümündən sonra uşaqlarının həyatını təmin etmək məqsədilə bu hissələri ayrı-ayrı kitab halında satmağı planlaşdırırdı.

 
4. "Orta cins” Jeffrey Eugenides
Yunan əsilli amerikan yazıçı tərəfindən yazılmış bu əsər Berlində 2003-cü ilin Pulitzer mükafatına layiq görülmüşdü.

 
5. "Bulud atlası” David Mitchell
"Bulud atlası” güzgü labirintinə bənzərdir və burada sanki 6 səs bir-birindən ayrılır.

 
6. "Əvəz”, Ian McEwan
"Atonement” romanı iki hissədən ibarətdir və mövzu və quruluş baxımından yazıçının digər əsəslərindən tamamilə fərqlənir. Bu əsər əsasında Oskar mükafatlı film də ekranlaşdırılmışdır.

 
7. ” Kavalyer və Clay-in macəraları”, Michael Chabon
İki avropalı gənc İkinci dünya müharibəsi zamanı Amerikada komiks krallarına çevrilirlər. Burada onlar öz incəsənətləri sayəsində zalım qüvvələrlə və onların yaxınlarını əsirlikdə saxlayıb məhv etmək istəyənlərlə mübarizə aparırlar.

 
8. "Dəyişikliklər” Jonathan Franzen
Əsərdə ironik şəkildə atalar və oğulları arasında əbədi münaqişənin dərin anlaşması təsvir edilib.

 
9.  "Gilead”, Marilynne Robinson
Əsərdə hadisələr 1956-cı ildə Ayova ştatı, Gilead şəhərciyində cərəyan edir. Kitab 76 yaşlı keşişin öz 7 yaşlı oğluna yazdığı gündəlik formasında olan məktubdan ibarətdir.

 
10. "Ağ dişlər”, Zadie Smith
Bu əsər son illər Britaniya ədəbiyyatında peyda olan ən parlaq və uğurlu debüt edən əsərlərdən biridir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri