Salamat qal, kiçik çillə, boz ay gəlir

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 732
Səs ver:
(səs: 2)
Dekabrın 22-də başlayan qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə isə 20 gün çəkir. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə hesab edilir. Bu hesabla bu gün kiçik çillənin son günüdür.
 
Sabah isə boz ay başlayır. Novruzadək qalan 30 gün – yəni, fevralın 20-dən martın 20-dək olan dövr "Boz ay” adlanır.
 
Xatırladaq ki, el-obada "çillə”  sözündən "qış”ın əvəzedicisi kimi istifadə edilir. Bu söz dərd-bəla, çətinlik mənasını daşıyır. Elə ona görə də, qış yerini yaza təhvil verərkən yandırılan tonqala el arasında "çillə qovan tonqal” deyilir. Kiçik çillədə hava daha soyuq, sərt şaxtalı olur. Kiçik çillənin çıxması ilə havalar tədricən isinir. Artıq çərşənbələr başlayır. Xalq inancına görə, boz ayda hava şəraiti də çərşənbələrə (Su, Od, Yel və Torpaq) uyğun olaraq dəyişir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri