Ayaqqabının qəribə hekayəsi

Müəllif: Angela7
Şərhlər: 8
Baxılıb: 496
Paylaş:
Səs ver:
(səs: 1)
Ayaqqabı ... Fərqli coğrafiyalarda bir çox ənənənin mərkəzində nə üçün ayaqqabı durur?
Ətrafımıza göstərmədiyimiz hörməti nə üçün onlara göstəririk?
Ayaqqabını icad edən şəxs kəşfinə belə dərin mənalar yüklənəcəyini bilməzdi. Bəlkə yalnız ayağına tikan batdığı üçün etmişdi bu icadı. Ancaq Qədim Misirdən günümüzə qədər, ayaqqabılar yeni mənalar qazanaraq güclənməyə başladı. Sadəcə ayağımızı qorusun deyə yaradılan bu məhsul; sinif fərqliliyinin, duyğu sıxlığının və hətta inqilabın simvolu halına gəldi.
Ayaqqabıya yüklənən qəribə mənaları Yəhudi mədəniyyətində görə bilərik. Feldmana görə, yəhudilər ayaqqabını dürüstlüyün və mülkiyyətin simvolu olaraq bilirlər. Məsələn, yəhudi tacirlər ticarət razılaşma imzalamaq üçün ayaqqabılarının bir tayını müştərilərə verərdilər. Beləcə müştərinin etimadı təmin edilmiş olurdı. Digər tərəfdən, bir ərazinin sahibi müxtəlif yerlərə qoyulmuş ayaqqabılardan bilinirdi. Bunun müasir tətbiqi tətilə rayona getdiyində oğru girməsin deyə qapının yanına ayaqqabı qoyan qonşumdur.
Yenə köhnə bir ənənə olaraq, ingilislər uzaq yerə, səfərə gedənlərin arxasından ayaqqabı atardılar. Xüsusilə toylardan sonra müşahidə edilən bu davranış "onsuz da dönəcəksən" mənasına gəlirdi. Günümüzdə Azərbaycanda bənzər ənənənin su ilə reallaşdığını bilirik. Digər tərəfdən ingilis gəlinlər ayaqqabılarını subay qızlara atar, kim tutarsa, qismətinin açılacağına inanırdı. Ancaq yaşanan baş travmaları və barmaq qırılmalarına görə, ənənədə bir neçə dəyişiklik oldu - ənənə gül dəstəsi ilə əvəz olundu.
Ölkəmizə dönsək, gəlin ayaqqabısına ad yazılması və məclis sonunda kimin adı silindisə, onun tez bir zamanda evlənəcəyinə inanılması çox məşhurdur. Qatıldığım son toyda şəxsən sınadım və təəssüf ki, adım silinmədi. O gündən sonra olmayan sevgilimi də itirdim və sanki rəsmi subaya çevrildim. Ondan sonra bu ənənəyə şübhə ilə yanaşmağa başladım.
Xülasə, ayaqqabılar hər keçən gün güclənməkdə və kapitalizmi arxasına alaraq, insanoğluna təhlükə saçmaqdadır. Atalarımız bu təhlükəni əvvəldən görərək "Dost başa, düşmən ayağa baxar" deyiblər. Bu gün qapı qarşısındakı ayaqqabılarınıza diqqətlə baxın. Lazım olsa onları gözəlcə fırçalayıb, təmiz olmalarını təmin edin amma bunu əsla unutmayın: Günahsız görünən o ayaqqabılarınız, beyninizi ələ keçirərək sizi alış-veriş mərkəzinə aparan kapitalist cəsuslar ola bilər.

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 496
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
lale.veliyeva19
ayaqqabı olmazsa olmazımdır çox sevirəm
26 mart 2016 21:57
8
Offline
_TəHLuKə_
Ayaqqabı canavar imişki;)
21 mart 2016 15:48
7
Özün ol!Qəti özənmə özgələrinə!
Offline
kiraz mevsimci kiz
evde en cox menim ayaqqabilarimdi ayaqqabi baximindan cox israfciyam eyni ayaqqabinin bir nece rengini aliram bir sozle ayaqqabi xestesiyewm
20 mart 2016 13:16
6
kas tez gelsen qaqasim
Offline
S.Heydarova
maraqlı xəbərdir.....
20 mart 2016 13:07
5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
BARBI
Men tam bir ayaqqabi delisiyem. Haradasa pulumun cox hissesini ayaqqabiya xercleyirem
20 mart 2016 08:08
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
neri
mende cox sevirem ayaqqablari.
20 mart 2016 02:03
3
Sert
Offline
vipbetul
maraqli melumatdir qadinlarin en cox sermaye yatirdiqlari bas belasi ayaqqabilar
20 mart 2016 01:08
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fi-Ra
Maraqlı xəbərdi. Elədə tez-tez ayaqqabı alan deyiləm. Fəslinə görə alıram ayaqqabıları
20 mart 2016 01:05
1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv