5 yazıçı yazmaq haqıında...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 779
Səs ver:
(səs: 2)
Yazıçı olmaq arzusu ilə yaşayan insanlar bəzən nədən və haradan başlayacaqlarını bilmədikləri üçün illər boyu bir kəlmə də yaza bilmirlər. Bu istəyinizin reallaşmasına bir addım atmaq üçün biz də 5 müxtəlif yazıçının yazmaq sənəti haqqında dediklərini sizinlə paylaşmaq qərarına gəldik.

5. William Faulkner
"Mənə yazmaq üçün lazım olan şey – tütün, kağız, yemək və bir az da viskidir.”
"Yazıçının iqtisadi azadlığa ehtiyacı yoxdur. Çünki, ona həqiqətən lazım olan şeylərin xərci yoxdur. Lakin yaxşı yazmağı bacarmayanlar zamanı və iqtisadi azadlığı olmadığı ilə bağlı bəhanələrə sığınırlar. Mən pul qarşılığında yazılmış yaxşı əsərə bu günə kimi rast gəlməmişəm.”

4. Ernest Hemingway
"Yazmağa fasilə etdiyinizdə böyük bir boşluq yaranır və eyni zamanda da sevdiyiniz insanla sevişmisiniz kimi bir doymuşluq hissi ilə dolur içiniz. Ən yaxşı əsərlər aşiq olarkən yazılır. O ruh halında olanda sənə heç kim zərər verə bilməz.”
 
3. Truman Capote 
"On bir yaşımda olanda yazmağa başlamışam. Yazmağın da rəsmdə və musiqidə olduğu kimi işıq və kölgəylə bağlı perspektiv qanunları var. Yazanda mütləq siqaret çəkib, nəsə içmək lazımdır. Çap maşınından istifadə etmirəm. Yazılarımın ilk versiyalarını qələmlə yazıram. Sonra yenə də qələmlə onları daha da təmizləyirəm.”
 
2. Gabriel Garcia Marquez 
"İlk paraqrafı yazmaq üçün aylar sərf edirəm, lakin onu yazdıqdan sonra arxası asan gəlir. İlk paraqraf mənim üçün kitabın necə olacağını göstərən bir fraqment kimidir.”
"Ədəbiyyat dülgərlikdən çox da fərqli bir iş deyil. Hər ikisizi də çox böyük zəhmət tələb edir. İkisində də əlinizdəki material həqiqidir. Ağac qədər sərt, işləməsi çətin bir material. Hər ikisi üçün də kiçik detallar və texnikanı bilmək vacibdi. İntizam olmadıqda oxumağa dəyər bir kitab yazıla biləcəyinə inanmıram.”

1. Stephen King
"Beş-altı yaşında olanda cizgi romanlarından rəsmləri götürür və onlara uyğun öz hekayələrimi yaradırdım.”
"Yazmaq üçün xüsusi iş stolunuzun olması yaxşıdır. Daima yer dəyişdirməmək üçün isə rahat bir kreslo lazımdır. Ətraf kifayət qədər aydın olmalıdır. Lakin harda yazırsınızsa yazın, yazdığınız yer sizin xarici təsirlərdən gizləndiyiniz bir sığınacağınız olmalıdır.”
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri