Xörək adlarının tarixcəsi

Şərhlər: 6
Baxılıb: 1 915
Səs ver:
(səs: 2)
Sendviç
18-ci əsrdə yaşamış 4-cü Sendviç qrafı, ingilis zadəgan Monteqyu Con tez-tez qulluqçusuna tapşırardı ki, aşbazının yağda qızartdığı əti ona çörəyin arasında gətirsin. Kart oynayan zaman əllərini yağa bulaşmaqdan qoruduğuna görə zadəgan bu məzəni çox sevərmiş. Monteqyu Con qraf vəzifəsi daşıdığından onun sevdiyi məzə tezliklə məşhurlaşır və camaat "Sendviçin xörəyi”ndən sifariş etməyə başlayır. Sonradan çörək arasında ət parçası və tərəvəz olan bu yeməyə qrafın şərəfinə "Sendviç” adı verilir.

Napaleon tortu
«Napaleon» tortunun adının mənşəyini Fransa imperatoru Bonapart Napaleonla əlaqələndirənlər yanılırlar. Müxtəlif dillərdə "Napaleon” adlanan bu çərəz əslində İtaliyanın Neapol şəhərində hazırlanan oxşar şirniyyatın adından götürülüb. Sadəcə, fransız dilində "neapollu” kimi tərcümə olunan "napolitain” kəlməsi başqa dillərə təhrif olunaraq keçir və "Napaleon” şəklini alır.

Marqarita pizzası
1889-cu il iyunun 11-də İtaliya Kral sarayının nümayəndəsi yerli pizzaçı Raffaele Espositodan kral I Umbertonun arvadı Marqaritanın Kapodimente şəhərinə səfəri münasibətilə xüsusi pizza hazırlamasını istəyir. Esposito Kraliça üçün üç ədəd fərqli pizza hazırlayır. Kraliça pizzalardan İtaliyanın üç rəngli bayrağını özündə əks etdirən pomidorlu (qırmızı), mozzarellolu (ağ) və reyhanlı (yaşıl) pizzanı bəyənir. Esposito kəşf elədiyi pizzanı dərhal kraliça Marqaritanın şərəfinə "Marqarita pizzası” adlandırır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri