Nifrət zamanı geri qaytarmaz

Şərhlər: 8
Baxılıb: 7 049
Səs ver:
(səs: 2)
Insanları bir-birilərindən uzaqlaşdıran bir çox amillər var: konfliktlər, münaqişələr, kiçik mübahisələr, bu mübahisələrdən yaranan xoşagəlməz situasiyalar və s. Bu hallarda insanda nə kimi hislər yaranar, insan nə düşünər? Hər insanın bu situasiyalarda verəcəyi reaksiya, hadisələrə yanaşma tərzi müxtəlifdir. Insanlar məxsus olduqları tiplərə, yaşadıqları mühitə uyğun olaraq hər bir hadisəyə fərqli aspektdən yanaşar, fərdi fikir bildirərlər. Lakin bəzi hallarda insanlar fikir bildirmədən belə öz münasibətlərini göstərər, verəcəkləri reaksiyaları yaşadıqları hislərlə nümayiş etdirərlər. Təbii ki, hislər də öz növbəsində hadisələrə uyğun olaraq mənfi və müsbət olurlar. Müsbət hislərin insana yaşatdıqları, insana bəxş edtikləri təbii ki, məlumdur. Bəs mənfi hislər? İnsanların neqativ hadisələrə və bu hadisələr zamanı ikrah hissi duyduqları insanlara qarşı keçirdikləri hislərdən biri nifrətdir. Biz nə üçün nifrət edərik? Ümumiyyətlə, nifrət hissi bizə nə verər və bizdən nələri alar?
Nifrət bizim hislərimizi məhdudlaşdırar. Nifrət hissi bizi sevməyə, sevilməyə, xoş hislər keçirməyə, müsbət düşünməyə imkan verməz. Buna səbəb nifrətin bizim daxilimizdə özü ilə birgə yaratdığı neqativ hislərdir.
Nifrət bizdə aqressiya yaradar. Bu hiss yalnız konfliktdə olduğumuz şəxsə qarşı deyil, eyni zamanda ətraf insanlara qarşı da yönələr. İllərlə nifrət hissi ilə yaşamağımız bizdə aqressiya formalaşdırar və hər kiçik neqativ situasiyada aqressiyamız özünü biruzə verər. Hətta yaxınlarımıza, sevdiklərimizə qarşı.
Nifrət zamanı geri qaytarmaz. Biz insanlara nifrət etməklə nə zamanı geri qaytara, nə də baş vermiş hadisələri dəyişmə imkanı əldə edərik. Nifrət etmək bizə heç bir şey qazandırmaz. 
Nifrət etməklə intiqam alınmaz. Bəzilərimiz kiməsə nifrət etməklə ondan intiqam aldığımızı, ona "dərs” verdiyimizi düşünərik. Lakin nifrət hissi bizim özümüzdən nələrisə alar: sevgini, pozitiv düşünməyi, sevincimizi. 
Bu hiss yaşamaq həvəsimizi öldürər. Bəzən düşünərik: niyə hamı kimi yaşamağa həvəsli deyiləm? Bu suala cavab vermək üçün daxili aləmimizə, hislərimizə nəzər salmalıyıq. Kiməsə nifrət edirikmi? əgər cavabımız müsbətdirsə, o zaman bu hisdən uzaqlaşmağın vaxtıdır demək. Çünki nifrət hissini yaşatmaqla özümüz bilmədən həyat sevgimizi öldürərik.
Antipatiya və nifrəti eyniləşdirməyək. Bir çox hallarda qarşımızdakı insana nə üçün nifrət etdiyimizi anlamırıq. Daima ona hansı səbəbdən nifrət etdiyimizi düşünərik. Təbi ki, bir insanı hamı sevə bilməz və də əksinə, biz hamını sevə bilmərik. Lakin kiməsə qarşı özümüz bilmədən yaranan hər neqativ hissə nifrət deməyək. Çünki bu sadəcə antipatiya da ola bilər. 
Nifrət hissimizlə yaşadığımız həyatdan günlərimizi, aylarımızı, illərimizi almayaq. Sevgi hissi bizi mənən rahatladar, nifrətimiz isə daha neqativ hislər yaşamağımız üçün yollar açar. Seçim isə öz əlimizdədir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 7 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri