Həyat varsa...

Şərhlər: 7
Baxılıb: 2 234
Səs ver:
(səs: 2)
Eh... Həyat... Bizi güldürən həyat, ağladan həyat, öldürən həyat, yaşadan həyat, sevincli-kədərli həyat, qovuşduran həyat, ayıran həyat... Nələr çəkir insanlar, nələr, övlad üçün gözü yolda qalan analar, pulsuzluqdan xəstə olan körpələr... Atılmış qocalar, pula möhtac olan cavanlar, valideyn nəfəsinə həsrət qalan uşaqlar... Acılarla dolu həyat.. Bir o körpəyə baxın, necə insanlara həsrətlə baxır, sanki nə isə istəyir yaşamağı üçün, insanlardan imdad diləyir, amma nə faydası... Lüks arabalar, ciblərdə kartlar, o barlar, bu barlar, yeyilib-içilən restoranlar, oynanılan qumarlar, yalnız özlərindən başqa heç kimə xeyri dəyməyən bu insanlar...

Eh həyat, çox böyük fərqlər var, ağlar gözlərlə gülən üzlər arasında... Həyat, xoşbəxtliyin həsrətində olan qadından, işıqlı dünyanın zülmətində qalan qadından, övlad üçün çalışan, susan, bir quru çörəklə şiddətə dözən qadından, gözünün kədəri ürəyinə süzərək xəstə olan qadından xəbərin varımı? Bu dünyada olanlardan, doğrulardan-yalanlardan xəbərin varmı? Bir o anaya baxın, necə ağlayır, nədir onu ağlamağa vadar edən? Övladının yaşamasına ümid bağlayan ana, öz dərdini başqalarıyla dağlayan ana, üzmür əlini Allahından, üzmür Tanrının mərhəmətindən. Göz önündən keçir xarici maşınlar, içində süslü geyinmiş xanımlar, rüşvətlə qazanılan haram pullar, gülüşlər, qəhqəhələr, edilən lağlar, altdan yuxarı baxışlar, gedilən səfərlər, Londonlar, Parislər, ABŞ-lar... Eh həyat, hamının sonudur, qara baş daşları, bunu dərk eləmir boş başları...

Çoxu mələk donunda olan şeytanlardır, həyatı məhv edən elə insanlardı. Bu həyatda yaxşının dəyəri yox, pisin hörməti çox. Nə edək?Hörmətimiz olsun deyə cibimizdə dollar gərək? Salamı pulla alaq, yaddaşlarda dırnaq arası yaxşı qalaq, gərək onda hamımız əclaf olaq... Həyatda doludur murdar insanlar, yaxşıları görməyən pislərə yaxşı deyən yamanlar, atılan böhtanları, şərləri, edilən günahları, deyilən yalanları, alınan rüşvətləri dananlar. Bunlar hamısı həyatın həqiqətləri, gerçəkləri, əlbəttə çox şey var yazılası, yazdıqlarım həyatın danılmaz İmzası!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 234
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri