Gənclik dərmanı kəşf edildi

Şərhlər: 5
Baxılıb: 2 050
Səs ver:
(səs: 0)
Məlumata görə Harvard Universitetinin tədqiqatçıları canlını gəncləşdirən peyvənd hazırlayıblar.

Təcrübələr ilk olaraq siçanlar üzərində aparılıb. Beləki, siçanlara əzələləri cavanlaşdırmaq üçün lazımi kimyəvi preparatlar tətbiq olunub.
İki yaşındakı siçanlara bir həftə boyunca "gənclik dərmanı” verilməsinin ardından əzələlərdə cavanlaşma müşahidə olunub. Həmin siçan əzələlərində olan mitoxondrinin işləməsi, əzələ israfı, iltihab və insulin müqaviməti baxımından altı aylıq siçanlar kimi görünüblər. Əzələlərdə görülən dəyişmə dərmanın insanlara tətbiqində sonra da eyni olacağı bildirilir. Mütəxəssislərin fikrincə bu dərman sayəsində 60 yaşındakı insan əzələləri 40 il cavanlaşacaq. Təcrübədə əsas olan NAD (nikotinamid adenin dinukleotid) adlı kimyəvi maddə hüceyrələrdəki keyfiyyətini zamanla itirə bilər. Bu baxımdan NAD səviyyəsinin artırılması vacib hesab olunur. Bununla da orqanizmin bəzi hissələri qocalıqdan cavanlığa doğru dəyişəcək. Alimlər onu da qeyd edirlər ki, təcrübə zamanı əzələ qüvvətində istənilən nəticə alınmayıb. Lakin, Harvard Tibb Fakültəsindən Ana Gomes, daha uzun və davamlı müalicənin ardından əzələ gücünün lazımi səviyyədə olacağına inandığını qeyd edib.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri