Novruz gülü

Müəllif: ulduz
Şərhlər: 8
Baxılıb: 18 864
Səs ver:
(səs: 3)
Novruzgülü — zanbaqlar (Iridaceae) sırasından və Zanbaq (Iris) cinsinin bir növü dir. (Təssüfˈlə, Şimali Azərbaycanˈda Zanbaqlarˈla Susənləri, Vikipediya Ensiklopediyaˈsında, dəyişik sanıblar.) Ancaq Novruz Gülü bir cür Zanbaq kimi Azərbaycan dağlarında bitər. Bu gülün Bayram Ayında açıldığına görə onu "Novruz Gülü” adlandırıblar. Onun üçün də, genişcəsinə dərilib evlərə gətirilməsi Azərbaycan kəndlərində bir dəb dir.

Azərbaycan dağlarının Novruz Gülü çoxlu üç rəngdə bitər: göy rəngli, bənövşə rəngli, ağ rəngli.
 
Novruzgülü azərbaycanlıların ayın düşüncəsi və folklorunda
Novruz Gülü ilə Qızılgülˈün Sevgisi Azərbaycan folklorunda və ayın (əsatiri) düşüncəsində Novruz Gülü ilə Qızılgül əbədi sevgililər dirlər. Novruz Gülü bayramda (yaz açılanda) çıxdıqda Qızılgül, ancaq, yazdan iki ay keçəndə açılar. Ona görə, onlar bir-birini görə bilməzlər. Azərbaycan folklorunda belə bir inanc var dir ki, bu iki gülü bir-birinə çatdıran kimsə behiştə gedəcəkdir.


Novruz gülü ilə Qızılgül'ün sevdali olduqları özəl bir inanca örnək.
Bu fotoşəkillər qədim bir Quranˈdan dir. Bu Quranˈın arasında 150-200 il bundan qabaq qoyulmuş Novruz gülü və bir yerində isə, Novruz gülü ilə Qızılgülˈün gülyarpaqları qoyulubdur.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 18 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri