İlan xilas edənlər barədə bilmədiyiniz 5 fakt

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 4 010
Səs ver:
(səs: 2)
Bu, ağciyər adamların peşəsi deyil. Bununla belə, dünyanın bəzi yerlərində insanların təhlükədən qorunması üçün ilanların başqa yerlərə köçürülərək xilas edilməsi həyati əhəmiyyətli vəzifədir.
Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə hər il dünyada 5 milyon insan ilan sancmasına məruz qalır. Bunlardan 100 mini dünyasını dəyişir, daha 400 min nəfər ömürlük əlilliyə düçar olur. Hindistanın Bombey şəhərindən doktor Madhurita Gupta, və Avstraliyanın Brisbeyn şəhərindən Culia Baker sürünənlərlə gördükləri iş barədə BBC-yə məlumat veriblər.
 
İlanları sevmək lazımdır
Doktor Madhurita Gupta üçün ilanlar sülalə işidir. Onun atası da ilanları öyrənən alim olub. O ilan saxlamağa 15 yaşından başlayıb və deyir ki, onlarda "adamı üşüdən bir sehir” var.
O baytarlıq kollecində təhsil aldıqdan sonra, əri ilə birlikdə İlanların Mühafizəsi Trestini yaradıb. Bu təşkilat sürünənlərin xilasına köməklik göstərir. Dünyanın o biri başındakı Culia Baker isə ilanlara 30 yaşlarında zooparka getdikdən sonra aşiq olub.
"Onlar ilanı mənim boynumdan sallayanda sözün əsl mənasında hönkürürdüm. Bu kiməsə vurulmaq kimi idi. İlanla təmas mənim bədənimdə kimyəvi reaksiya yaradırdı” – deyir Baker.
O indi vətəni Avstraliyanın televiziyasında "Snake Boss" proqramının aparıcısıdır.
 
Bu iş üçün xüsusi avadanlıq tələb olunur
Hindistanda yaşayan doktor Gupta çağırışlara gedərkən bütün lazım olan alətləri özü ilə götürə bilmək üçün xüsusi ilan xilas edən motosiklet düzəldib.
"Mənim xilasetmə işi üçün lazım olan bütün alətlərim – ilan tutan çubuqlarım, qayçılarım, torkəsənlərim və sancmaya qarşı zərdab qutum var” – deyir Gupta.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri