Ya arzularının arxasınca gedirsən, ya da olanları qəbul etməyi bacarırsan

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1 521
Səs ver:
(səs: 1)
Amerikalı yazıçı və şair Charles Bukowski əsərlərində daha çox cəmiyyətdən uzaq olan insanları, depressiyanı və alkoqolizmlər əlaqəli mövzuları maraqlı üsullarla təqdim etməsiylə insanların sevimlisinə çevrilmişdir. O, hamının nümunə göstərdiyi qaydalara uyan, bir sözlə nümunəvi insan deyildi. Bukovski yazdıqlarını həm də yaşayan insan idi, daha doğrusu yaşadıqlarını yazırdı. Buna görə də, onun əsərlərində bəzi şeylərlə razılaşmasanız da, səmimiyyəti sizi heyran edir və beləliklə də yazı tərzinə vurulursunuz.
Qadınlar.Biz bu gün sizə sözü birbaşa deməyi xoşlayan yazıçıdan elə birbaşa sitatları da təqdim etmək qərarına gəldi:

1. Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Lakin bunların ortasında bir yerdəsənsə, məndən uzaq ol.
2. Ya arzularının arxasınca gedirsən, ya da olanları qəbul etməyi bacarırsan. "Yaxşı ki”lərinlə güclənir,  "kaş ki”lərinlə tükənirsən! Qərar sənindir.
3. Əgər iki insan arasında seçim etməlisinizsə, ikincini seçin. Çünki, birincini həqiqətən sevsəydiniz, ikinci olmazdı.
4. İnsanların mənim haqqımda nə düşündükləriə fikir verməyərək, həyatımı təxminən 10 il uzatdım.
5. İnsanlara nifrət etmirəm. Sadəcə onlar ətrafımda olmadıqda, özümü daha yaxşı hiss edirəm.
6. Onu sənə etdiyi şeylərə görə bağışlaya bilərsən. Ən çətini onu bağışladığına görə özünü bağışlamağındır.
7. Ruhunuzu itirdiyinizi dərk etməyə başlamısınızsa, deməli hələ də itirilməyən bir ruhunuz var.
8. Dünyanın ən saf və sadəlövh insanı olduğunu iddia edən insanlar, əslində şeytan üçün məsləhətçilik edəcək ağıldadırlar. Bunu unutmayın.
9. Dünyanın ən böyük problemi ağıllı insanlar şübhələr içində boğulduğu halda, axmaqların özlərinə inamının hədsiz olmasındadır.
10. Ən böyük kədər başqalarıyla bölüşməyə cəsarət edə bilmədiyin kədərdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri