Pizza qülləsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 682
Səs ver:
(səs: 3)
Pizza qülləsi İtaliyanın eyni adlı şəhərindəki möhtəşəm monumentallığı ilə seçilən Möcüzələr meydanında yerləşən zəng qülləsidir. XII əsrdə tikintisinə başlanılan qüllənin bünövrəsi düzgün qoyulmadığından qüllə əyilməyə başladı. Tikili qısa zamanda o qədər məşhurlaşdı ki, Pizza şəhərinin rəmzinə çevrildi.
 
Pizza kilsəsinin sifarişi olan qüllənin tikintisi memar və heykəltəraş Bonano Pizanoya həvalə edilmişdi. Amma o, qüllənin yalnız ilk üç mərtəbəsini tikə bildi. Tikinti işləri bir əsr sonra Covanni di Simone tərəfindən yenidən davam etdirildi və daha 4 mərtəbə tikildi. Nəhayət, qüllə Tommaso di Andrea Pizano tərəfindən tamamlandı.
 
Tikintisinə 1173-cü ildə başlanılan qüllə təxminən 5 il sonra üçüncü mərtəbəsi tikilən zaman şimala doğru əyilməyə başladı. Memarlar tikilinin aşağı hissəsini bərkitməyə çalışdılar. Bünövrəsi möhkəm olsa da, dərin deyildi. Bu səbəbdən qüllənin tikintisi yarımçıq qaldı və qonşu dövlətlərlə aparılan müharibələr tikinti prosesini bir əsr gecikdirdi.
 
Yalnız 1272-ci ildə tikinti yenidən başlandı. Qüllənin əyilməsini tarazlaşdırmaq üçün növbəti üç mərtəbə bir qədər maili tikildi. Yeddinci mərtəbə tikiləndə qüllə bu dəfə cənuba doğru əyilməyə başladı. Bunun qarşısını almaq üçün ən ağır zəngi qüllənin şimal tərəfinə yerləşdirdilər.
 
Qüllə bu vəziyyətdə az qala 800 ildir ki, dayanıb durur. Onun əyrisini düzəltməyə dəfələrlə cəhd olunsa da, bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.
 
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Pizza qülləsinə bənzər Kapital Qeyt adlı göydələn var. Pizza mühəndis səhvi ucbatından əyilmişdisə də Kapital Qeyt məxsusi olaraq maili tikilmişdir. 160 metr hündürlüyü olan 35 mərtəbəli göydələn şəhərin rəmzinə çevrilib. Bu bina Pizza qülləsinə nisbətən 4,5 dəfə mailidir.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri