Çox vaxt səhv tələffüz etdiyimiz 5 məşhur brend

Müəllif: my_angel
Şərhlər: 11
Baxılıb: 3 447
Səs ver:
(səs: 2)
Bəzən şirkətlər öz brendlərinə elə adlar qoyur ki, bu adların xarici vətəndaşlar tərəfindən düzgün tələffüz edilməsi müşkül məsələyə çevrilir. Reklamlarda gördüyümüz, bəzən həm də istifadə etdiyimiz xarici markaları düzgün şəkildə tələffüz etdiyinizdən əminsinizmi? Məsələn, Lamborghini,, Levi`s, Xerox, Samsung kimi tez-tez qarşımıza çıxan brendlərin orjinal dildə necə səsləndiyini bilirsinizmi?
Tələffüzü ağıllarda səhv qalan markaların düzgün versiyasını təqdim edirik.
 
Lamborghini
Bahalı idman maşınları istehsal edən məşhur italyan markasının düzgün deyilişi "Lamborqini”dir. İtalyan dilində "g” və "h” hərfləri yanaşı yazılanda "q” olaraq tələffüz edilir. Əksəriyyətin dediyi "Lamborjini” isə italyanlar tərəfindən səhv hesab edilir.
 
Nike
İdman geyimləri sahəsində ən məşhur brendlərdən biri hesab edilən ABŞ şirkəti Nike sözünün mənası "zəfər tanrısı” deməkdir. Düzgün tələffüzü isə çoxlarının dediyi kimi "Nayk” deyil, "Nayki”dir.
 
Levi’s
Yəqin ki, tələffüzü haqda ən çox mübahisə edilən markaların biridir. Hər iki tələffüzü istifadə üçün haqlı səbəblər olduğuna görə, bu mübahisəli məsələdir. Əgər siz inglis dili qrammatikasını əsas götürsəniz,  Livays deməkdə haqlısınız. Ancaq cins şalvarlarının yaradıcısı Levi adlı Almaniya yəhudisi idi. 18 yaşında Bavariyadan San Fransiskoya köçən Levi Strauss’un əsl adı Loeb olsa da ,Amerikada daha rahat olsun deyə Levi adından istifadə etməyə başlamışdı. Bunu əsas götürərək baxdığımızda düzgün təlləfüz "Levis” olur.
 
Samsung
Yenə əksəriyyətin "Samsunq” olaraq tələffüz etdiyi məşhur texnologiya markasının orjinal dilinə əsasən "SAmson”dur. Mənası isə üç ulduz deməkdir.
 
Xerox
Amerikada əgər "X” hərfi sözün əvvəlində yazılırsa "Z” olaraq oxunur. Düzgün tələffüz "Ziroks” olmalıdır.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri