Bir az, düşüncə

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1 821
Səs ver:
(səs: 1)
- Zaman təkrarlanır, düşünmürsən yazırsan, gedirsən və gedənlər bir daha geri dönmürlər. İnsanlar eyni günləri yaşamaqdan bezmir, amma təkrarlamağa davamlı hələdə.
- Düzələcək deyirlər.
- Nə?!
- İnsanlara inanmaq olmur, çünki onlar belə özlərinə tam əmin deyillər. Peşman olurlar, təkrarlayırlar və yenidən öyrəşirlər. Zaman, getməsini istədiyimiz ən lazımsız sərfiyyatdır. Neçə dünənlər geridə qaldı, neçənci sabahların bitməsini arzuladıq?
- Bəs xoşbəxtlik?!
- Güldürmə sən Allah!
- Biz onu tapanda itiririk, itirəndə isə adını eşidirik.
- Qəmli tonda danışan, bəyaz gəlinlikli bir qadın təsəvvür et. Baxışlarında ayrı insan, gözlərindəki aynada başqa şəhərin əsgəri. Əslində başqa qırışlardan öpüb, ayrı çiyinlərə baş qoyacaqdı, Amma valdeyinlər və həyat tərzi.
- Gözlə!
- Bunlar bəhanədə ola bilər, boş verin sizə lazım olandan yazım əsas.
- Aha, deməli bir gün dəli bir aşiq,...
- Güldürmüyün siz Allah, bir cümlədə iki eyni ad olar?
- "Dəli və aşiq".
- Dəyişib artıq həyatlar, hər kəsdə eyni iqlim. Müasirliyin girmədiyi bir yer varsa, oda boşluqdu. Beyinlər, ürəklər, hətta dünənlər belə muasirəyə alınıb. Nə düzgün gedə, nədə getdiyimiz yerlərə vara bilirik. Hər dəfə eyni vədlər, düzələcək deyə gündən-günə əzilən ümid parçaları. Bilmirəm, onları toplamağdanmı yoruldum, yoxsa birləşdirməkdən?
- Hər kəsdən gizlin Tanrıyla söhbətləşirdim və birdən əsən külək əlaqəni kəsdi. İnsanlar çoxaldı, gəldilər.Kimsi var olmadığını, kimidə qəlbində olduğunu dedi. Heç kim mənə inanmadı, kimi günah, kimi dəli adlandırdı. Halbu ki, onunla söhbətimiz tuturdu, mən ona Tanrı, o mənə qulum deyirdi. Daha mənimlə danışmır məndən. Küsübmü nə?
- Günahdan danışmayın mənə, mən sizlər kimi öldürmədim qarşı tərəfin ümidlərini. Mən sadəcə söhbətləşdim, aşiq oldum ona. Cinsiyyətini, üzünü, rəngini görməsəmdə, xoşbəxt olurdum. 
- Əsas budu! Məni indi-indi anlayıram korlar niyə çox zaman gülürlər. Boş verin, zamanın getməsini görmürsüz, amma o hər gün sizi udur. Bir gün yaşayıb, bir daha batırsız. İnsanlar eyni qərənfillər, sadəcə qəbrlər ayrı-ayrı taleylərdir. Hər zaman unutmaq istəyirik, düşünəndə ki, xatırlayacaq heçnə qalmır,
- Onda ölürsən, yaşıyırmış kimi...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri