Facebookdan imtina edin - Xoşbəxt olacaqsınız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 145
Səs ver:
(səs: 1)
"The Times” nəşri Kopenhagen Universitetinin tədqiqatına istinadən yazır ki, "Facebook” sosial şəbəkəsindən istifadədən imtina insanları xoşbəxt edir, həmçinin qəzəb və tənhalıq hissini azaldır.
Araşdırmalar göstərib ki, insanlar sayta daxilolmanı və yeniləmələri yoxlamağı dayandırdıqdan bir həftə sonra öz həyatlarından daha məmnundurlar.

Analitiklər qısa müddət ərzində əldə olunan belə dəyişiklikdən təəccüblənib. Onlar ümid edirlər ki, sosial medianın təsiri haqda məlumatlandırma insanlara həyatdan zövq almaqda kömək edəcək. Ekspertlər bildirir ki, "Facebook” və başqa bu kimi belə saytlar "”redaktə edilmiş” sonsuz həyat axınıdır ki, bu da bizim reallıq haqda təsəvvürümüzü təhrif edir.

Kopenhagen Universiteti araşdırmada iştirak edən Danimarkanın 1095 sakinindən bir həftə ərzində sosial şəbəkənin istifadəsindən imtina etməyi xahiş edib. İştirakçılara sınaqdan əvvəl və sonra həyatdan məmnunluq hissini 1-10 ballıq şkala üzrə qiymətləndirmək təklif edilib. 7 gün ərzində orta göstərici 7,56-dan 8,12-dək artıb. İştirakçılar bildiriblər ki, daha çox sosial aktivlik göstərməyə başlayıblar, həmçinin özlərini əvvəlki kimi aqressiv və tənha hiss etmirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri