Taxta darağın sirri

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 561
Səs ver:
(səs: 2)
Daha çox Avropa və slavyan, rus qadınlarının şəxsi simvolu olan daraq taleyə təsir edən vasitə idi. Onunla məhəbbət ritualı edilir, göz-nəzər, xəstəlik, cadu və bir çox xoşagəlməzlikləri geri qaytarırdılar. Sancaq və daraqla bağlı çox əfsanələr, xalq inancları var. Sonradan plastmas, şüşə və süni materiallardan daraqlar çıxdı. Əslində isə qədimdən belə adətdir ki, baş darağı, sancağı insan üçün xeyirli və uğurlu materiallardan hazırlanmalıdır: sümük, daş, ağac, mərmər. Niyə? Çünki bu təbii maddələr enerji daşıyıcısıdır. Hər ağacdan da daraq düzəltməzlər, çünki mənfi enerji daşıyan ağaclar var. Keçmişdə təzə doğulan uşaqlara belə daraq hazırladardılar ki, onları nəzərdən qorusun. Polşada əgər evdə adam və ya ev heyvanı xəstələnərdisə, evin sahibəsi öz başındakı daraq-sancağı çıxarıb alma və ya armud ağacından asar, 2 həftədən sonra həmin daraqla xəstələnən adamın saçını 10 gün darayardılar.
Daraq səma və kosmosun gücünü, enerjisini antena kimi tutur və özünə yığır. Bunu qədim Roma və Yunanıstanda bilirdilər. Elə ona görə sərkərdələr saçlarını daraq ilə yığar, ya da metaldan olan xüsusi baş sancaqlarını dəbilqələrinin üstündən quş qanadı kimi asardılar. Qızlar isə öz cazibədarlıqlarını artırmaq üçün üzəri işləməli, daş-qaşlı, oymalı sancaq-daraqları saç düzümlərinin ən görünən yerindən taxardılar. Həqiqətən də işə yarayırdı.
Cadugərlər, kahinlər də darağın sehrli gücünü bilir və ondan rituallarda istifadə edirdilər. Darağa yapışmış tük və darağa hopmuş enerjidən istifadə etməklə həmin daraq sahibini ovsunlayır, bağlayır, tilsimə tabe edirdilər. Qara cadugərlər yanmış ağacdan, qara metaldan olan daraq islədirlər. Daraqla adamı cadu etmək də geniş yayılıb. Ona görə ailə qurmağa hazırlaşan qızlar daraqlarından muğayat olmalı idilər. 

Daraqla fala baxma
Bir çox slavyan xalqlarının dini və əsas bayramlarında qızlar sancaq-daraq ilə bəxt falına baxardılar. Bəs necə?! Bu cür sehrli əşyadan istifadə etmək lazımdır. Fala baxmanın ən sadəsi belədir: qız saçını darayır, darağı balışının altına qoyub yatanda bu sözləri deyir: "Qismətim, taleyimə yazılan, mənim hörüklərimi açıb darağıma gəl". Həmin gecə yuxuda görəcəyi oğlan qismətidir. Əgər səhər balışın altındakı daraqda saç tapsa, deməli, həmin il ərə gedəcək. 
Yuxuda daraq
Yuxuda daraq görmək inanılmaz uğur və şans deməkdir. Fransızlar hesab edir ki, yuxuda gözəl, bəzəkli daraq yeni sevgi əlaqəsinə işarədir. İngilislər inanır ki, yuxuda baş darağı görmək uğurlu və zəngin həyata işarədir.
Arzularınız üçün daraq
Taxta daraq götürüb 1 dəqiqə ərzində sakit halda, arzunuzu nəzərdə tutaraq saçlarınızı tam darayın, sonra darağa baxın. Darağın üstündə heç saç qalmayıbsa, deməli arzunuzun vaxtı hələ yetişməyib. Əgər saç sayı cütdürsə, arzunuz çin olacaq, təkdirsə olmayacaq. Bu üsuldan hər gün yox, 2 ayda bir dəfə, ay bədirlənəndə axşam istifadə etmək lazımdır. Darağın materialı önəmlidir. Hər daraq uğurlu deyil.

Fil, heyvan sümüyündən olan daraq insandan qorxu, həyəcan, zəifliyi götürür.
Şabalıd ağacından daraq insanın bioritmi və energetikasını düzəldir.
Alma və armud ağacından daraq yorğunluğu götürür.
Albalı, gilas ağacından daraq ərtafdan gələn neqativ enerjini zərərsizləşdirir.
Palıd ağacından daraq xəstəlikdən sonra insanın orqanizmini bərpa edir, insanın halını yaxşılaşdırır. 
İçimizdəki "mən"i əzizləyən əşya
Saçımızı darayarkən biz özümüzü, ruhumuzu, daxili "mən"imizi sığallayırıq, nazını çəkirik, rahatlayırıq. Saçı saçın üstünə darayıb hamarladıqca insanın beynindəki fikirlər, hisslər, planlar qaydaya salınır. Qısası, adi daraqla biz sanki özümüzə psixotarepiya seansı edirik. Ona görə saçı düzgün daraqla və rahat daramaq gözəl ritualdır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri