Anlayıb qavramaq yerinə, tutub oxşayırsınız dünyanı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 874
Səs ver:
(səs: 1)
Anlayıb qavramaq yerinə, tutub oxşayırsınız dünyanı."
-Franz Kafka

Arzularını boğsan gözəl bir ağacın solmuş budağına bənzəyəcəksən.
Arzu, insanın sahib olduğu ən dəyərli varlıqdır.
Ən böyük arzunuz arzularınızı boğmaqdır,onu öldürməkdir, amma onlar heç vaxt ölmür.
Arzu həyatın sönməyən alovu, həyatın elə özüdür.
-Jiddu Krişnamurti

Ən təhlükəli insan tipi, az anlayan, çox inanandır.
-Anton Çexov

Müharibə baş verəndə adamlar deyirlər: "Çox çəkməz. Həddən artıq axmaq işdir!” Müharibə doğrudan da böyük axmaqlıqdır, ancaq bu onun uzun sürməsinə əngəl olmur.
-Alber Kamü

İnsanlar təbii fəlakətlərlə üzləşəndə öz aralarında olan bütün ayrı-seçkilikləri və öcəşmələri unudub hamılıqla bu fəlakətin gətirdiyi acıları aradan qaldırmağa yönəlirlər və bu anlarında onlar birgəyaşayışın onlar üçün necə önəmli olduğunu daha çox anlayırlar.
-Ziqmund Freyd

"Mən dünyaya gələnə qədər sonsuzluq qədər vaxt keçdi, bütün bu müddət ərzində mən kim olmuşam?" Bu sualın metafizik cavabı belə ola bilər: mən həmişə mən olmuşam: bütün bu müddət ərzində özlərini "mən" adlandıranlar elə məhz mən olmuşam.
-Arthur Schopenhauer

Ölümün dəhşəti səndə o illüziyanı yaradır ki, ölümlə mənlik məhv olur, amma dünya öz mövcudluğunu (varlığını) davam etdirir. Əslində isə bunun əksi doğrudur: dünya itir, dünyanın öz mövcudluğunu təmin edə bildiyi müqəddəs "mən" isə qalır. Beyinlə birlikdə intellekt, intellektlə birlikdə də obyektiv dünya (reallıq) və onun sadə təsəvvürləri məhv olur.
-Arthur Schopenhauer

Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər.
-Herman Hesse

"Gəlin sosializmdən danışaq. Məncə keçən əsrdə Sovet İttifaqının sosializmə pis ad verməsindən sonra müasir dövrdə sosializmi yenidən milli müzakirə mövzusuna çevirmək çox əhəmiyyətlidir. Sosializmin bu ölkədə yaxşı adı olub. Sosializmin Eugene Debsi olub. Onun Clarence Darrowu olub. Onun Mother Jonesi olub. Onun ölkə miqyasında milyonlarla sosialist qəzet oxuyan xalqı olub. Sosializm təməl prinsip olaraq deyir ki, hey, gəlin kübar, alicənab cəmiyyət quraq. Gəlin əşyalarımızı paylaşaq. Gəlin elə iqtisadi sistem quraq ki, o əmtəəni hansısa korporasiyanın qazanc əldə etməsi üçün yox, insanların həqiqətən ehtiyacı olduğu üçün istehsal etsin. İnsanlar sosializm sözündən əl çəkməməlidir, çünki siz kapitalizm hüdudlarından kənara doğru getməlisiniz”
-Hovard Zinn

Duneçka öz xeyri,öz rahatlığı vә naz-nemәti üçün,hәtta özünü ölümdәn xilas etmәk üçün özünü satmaz.Amma budur,özgәsi üçün satır.Mәsәlәnin bütün sirri dә bax,elә bundadır:O özünü qardaşı üçün,anası üçün satar.Hәr şeyini satar.Ah,biz belә şeylәrdә lazın olarsa,әxlaqi hisslәrimizi dә boğarıq,azadlığımızı,rahatlığımızı,hәtta lap vicdanımızı-hәr şeyimizi hәrrac bazarına aparırıq.Әlvida hәyat!Tәki bizim sevdiyimiz adamlar xoşbәxt olsun.
Fyodor Dostoyevski,Cinayәt vә Cәza.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri