Ən çox istifadə edilən 5 Foto-Redaktor

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 3 966
Səs ver:
(səs: 4)
Gün ərzində əlimizdən düşməyən smartfonlar sayəsində, artıq hər birimizi həvəskar fotoqraf hesab etmək olar. Sosial media istifadəçilərinin, ən gözəl mənzərə fotoşəkillərini, ən qüsursuz portretləri və sevimli heyvanlara dair kadrları çəkmək üçün bir-biri ilə yarışdığı bu dövrdə, çəkdikləri fotoları daha da gözəlləşdirmək üçün əl atdıqları bəzi üsullar var. Xüsusi bir texniki bilik lazım olmadan, asanlıqla idarə olunan fotoşəkil tənzimləmə tətbiqlərin istifadəsi telefon kamerası ilə çəkilən sadə fotolara da tamamilə başqa bir formaya salmağa kömək edir. Məhz son dövrdə ağıllı telefon istifadəçiləri tərəfindən ən çox üstünlük verilən foto redaktor tətbiqləri bunlardır:

1. Effekt verməyi sevənlər üçün: Retrica

2012-ci ildən bəri istifadə edilməkdə olan Retrica, içində olan 80-dən artıq müxtəlif filtr variantı ilə #nofilter dəbiylə ayaqlaşmayıb, fotoşəkillərini müxtəlif filtrlərlə bəzəməyi sevənlərdən böyük maraq görür. Kollaj və retuş kimi seçimlər də təqdim edən Retrica, xüsusilə Instagram istifadəçilərinin əvəzolunmazıdır. Retrica həm IOS, həm də Android əməliyyat sistemlərində istifadə edilir.

2. Funksionallıq istəyənlər üçün: Camera+

Görünmə, parlaqlıq tarazlığı və dəqiqlik kimi SLR fotoaparatlarının verdiyi bir çox şeyi edə bilən bir tətbiq olan Camera+, iPhone və iPad istifadəçilərinin cihazlarında olan kamera tətbiqi əvəzinə istifadə etdikləri alternativdir.

3. Professional Rəqəmsal Fotoqraflar üçün: Snapseed

Telefonunuzla çəkdiyiniz fotolarınıza Adobe Photoshop’a bənzər bir retuş etmək istəyirsinizsə, Snapseed məhz sizə uyğun ola bilər. Filtr tətbiqetmələrindən əlavə, çox detallı redaktə proseslərində də olduqca uğurlu nəticələr verən Snapseed, Instagram fenomenləri tərəfindən də üstünlük verilən bir tətbiqdir. Həm iPhone, həm iPad’lərdə istifadə olunan Snapseed proqramını, eyni zamanda Android əməliyyat sisteminə malik cihazlarda da istifadə etmək mümkündür.

4. Apple’ın tövsiyəsi: VSCO

Həm fotoşəkil redaktəsi və optimallaşdırma tətbiqi, həm ilham mənbəyi, həm də öz içində müstəqil sosial şəbəkə olan VSCO, xüsusilə hipster və kreativ şəxslərin əvəzolunmaz proqramıdır. Apple’ın də tövsiyə etdiyi proqramlar arasında olan VSCO’nun çox böyük bir heyran kütləsi var.

5. Selfie’lərinizdə möcüzə yaradın: Youcam Make Up

Günün hər saatında, idmanda, işdə, evdə – bir sözlə, hər şəraitdə paylaşdığı mükəmməl selfie’lərlə sizi heyrətə salan qadınların sirrini açıqlayırıq: Youcam Make Up. Rəqəmsal makiyaj studiyası olan bu proqramın 12 milyondan artıq istifadəçisi var. Alternativləri arasında ən yaxşı makiyaj tətbiqi kimi göstərilən Youcam Make Up həm App Store, həm də Google Play’də mövcuddur.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri