Novruz bayramını bu qədər sevməyimizin 10 səbəbi

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 4 570
Səs ver:
(səs: 1)
Bu gün bizim ən çox sevilən milli bayramlarımızdan biri olan Novruz bayramını qeyd edirik. 4 həftə əvvəldən başlayan bu gözəl bayramın yekun şənlikləri də bir neçə gün davam edir və bir aydan çox müddətdə bayram əhval-ruhiyyəsində oluruq. Baharın gəlişini, təbiətin canlanmasını simvolizə edən bu bayramın bu qədər sevilməsinin yuxarıda qeyd etdiyimizdən başqa da çox səbəbi var.
Qadınlar.Biz sizə bu bayramı sevimli edən səbəbləri təqdim edir. Bayramınız xoş keşsin!

Xonça

Novruz xonçaları hər zaman rəngarəng olur. İçində bir-birindən ləzzətli bayram nemətləri, quru meyvələr, qoz-fındıq, şamlar olan xonça həm çərşənbələrin, həm də bayram axşamının süfrəsini bəzəyir.

Papaq atmaq

Papaq atmaq xüsusilə uşaqların ən sevimli əyləncəsidir. Bu bayramda uşaqlar qonşuların qapılarına papaq atır, gizlənərək onlara hədiyyə ediləcək nemətləri böyük səbirsizliklə gözləyirlər. Papaq atmaq hətta bir çox böyüklərin də sevimli məşğuliyyətidir. Qəlbimizdəki uşaq bizi hər zaman buna həvəsləndirir.

Tonqal

Novruzun simvollarından biri də atəşdir. Yaşadığımız coğrafi məkanın keçmişindən gələn alovun Novruzda xüsusi yeri olur. Bayram günü hər məhəllədə yandırılan tonqaldan "Ağırlığım-uğurluğum tonqalda qalsın,” deyərək tullanır və bütün pis xatirələrin, hadisələrin keçmişdə qalmasını arzulayırlar.

Yumurta döyüşü

Xonçanın digər bəzəyi də rəngli yumurtalar olur. Yumurta döyüşündə məğlub olan qalibin hər hansı bir istəyini yerinə yetirməlidir. Bu çox əyləncəlidir!

Şam yandırmaq

Xonçaya düzülən şamların sayı da bəzi şeyləri simvolizə edir. Belə ki, təkcə ev sakinlərinin deyil, həm də artıq həyatdan köçmüş doğmaların sayına uyğun şamlar yandırılır. Onların da xatirəsi bayram axşamı yad edilir.

Yallı getmək

Yallı rəqsi birlik və bərabərliyi simvolizə edən qədim rəqslərdən biridir. Bu bayramda tonqal ətrafında dostlarınızla yallı getməyi unutmayın.

Qulaq falına çıxmaq

İnanca görə, ürəyində arzu tutub, istənilən qapını seçib, dinləməyə başlayırsan. Əgər gizli dinlənilən evdən xoş söz eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.  Xoş söhbət eşidilmədiyi halda isə arzu yerinə yetməyəcək. Xürafat da olsa, bayramı əyləncəli edən adətlərdən biridir.

Baharın gəlişi

Novruzun özü təbiət hadisəsini təmsil edir. Mart ayından havaların isinməsi, təbiətin oyanması, güllərin açması insana müsbət aura bəxş edir və enerjini artırır. Elə bunun özü Novruz bayramının ən sevilən bayram olması üçün əsas səbəblərdən biridir.

Çərşənbələr

Hər il günün bərabərləşməsindən öncəki dörd çərşənbə axşamı kiçik bayram olaraq qeyd olunur və bir növ Novruza hazırlıq gedir. Hər çərşənbə isə kainatın əsası olduğu iddia olunan 4 ünsürün adları ilə təqdim olunur. Birincisi su, ikincisi od, üçüncüsü torpaq və sonuncu çərşənbə isə yel adlanır.

Özünəməxsus olması

Novruza xas olan xüsusi ritualların bolluğu bu bayramı daha özəl edir. Baharın gəlişi bir çox dünya xalqaları tərəfindən qeyd olunsa da, Novruz sadəcə Azərbaycan, İran və ətraf xalqlar tərəfindən təmtəraqla qeyd olunur. Bu da həmin bayramı daha maraqlı edir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri