Dilimizin Ucunda olan sözləri niyə xatırlaya bilmirik?

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 1 930
Səs ver:
(səs: 1)
İnsanın başqaları ilə ünsiyyətində ən xoşagəlməz anlardan biri, lazımi sözü yada sala bilməməsidir. Məhz elə bu vaxt böyük bir gərginlik keçirərək "lap dilimin ucundadır” ifadəsini işlədirik. Bundan sonra isə vəziyyətdən çıxmaq üçün, "şey”, "zad”, "nədir onun adı”, "zəhrimara qalsın” kimi kəlmələrlə vurnuxuruq. Bu söz və ifadələrin mövcudluğu ondan xəbər verir ki, əşyaların və ya insanların adlarını unutmaq geniş yayılmış xüsusiyyətlərdən biridir. Bu o qədər geniş yayılıb ki, hətta elmi adı da var:"letologika.” Yunan dilində "lete” unutmaq, "loqos” isə söz deməkdir. Bundan başqa qədim yunan mifologiyasında Leto yeraltı dünyanın 5 çayından birinin adıdır. Əfsanəyə görə bu çayın suyundan içən ölülər bu dünyadakı hər şeyi unudurlar.
Lakin letologika sözünü ilk dəfə psixoloq Carl Jung 20-ci əsrdə işlədib, hərçənd bu sözün 1915-ci ildə Dorlandın Amerika Şəkilli Tibb Lüğətinə salındığı da məlumdur. Bu lüğətdə letologika lazımi sözün yada düşməməsi kimi izah olunur. Alimlərin fikrincə, Yungun tədqiqatlarında mərkəzi yer tutan yaddaş və unutqanlıq müasir anlamda beynin işlənməsi ilə sıx bağlıdır.

Alimlər deyirlər ki, bizim beynimiz kompüter kimi "naqillənməyib”. Kompüterdə bütün informasiyalar səliqəli şəkildə anbarlanıb və istənilən anda bircə düymə ilə çıxarıla bilər. Britaniya psixoloqu Tom Stafford deyir ki, bizim yaddaşımız olduqca maraqlı prosesdir, lakin burada əsas rolu yadda saxlamağa çalışdığımız predmetlə assosiasiyalar qurmaq qabiliyyətimiz oynayır. Öz söz ehtiyatımızdan istənilən kəlməni ortaya çaxarmağımız asan məsələ deyil. Məsələn Oxford lüğətində 600 min söz var, lakin bu da milli leksikonun zənginliyini tam əks etdirmir.
Hər bir adamın danışıqda və yazıda işlətdiyi fəal söz lüğətinin həcmi kifayət qədər kiçikdir. Lakin Britaniya filoloqu David Christall-ın fikrincə, fəal lüğətdə hər halda 50 minədək söz olur. Bu mənada insanın bildiyi və gündəlik nitqində işlətmədiyi sözlərin sayı qat-qat çoxdur. Alimlərin fikrincə, insan məhz bu passiv lüğətə daxil olan sözlərin yada salınmasında çətinlik çəkir.

Biz çox vaxt nadir hallarda işlətdiyimiz sözləri, məsələn adam adlarını unuduruq. İnsan düşüncəsi öz təbiəti etibarilə assosiativdir. Yəni biz sözləri ayrılıqda yox, qruplarla yadda saxlayırıq. Məsələn stüardessa, təyyarə, qanad, hava limanı kimi sözləri biz "küll halında” yadda saxlayırıq. Əgər hər hansı bir sözü heç cür yada sala bilmiriksə, bu o deməkdir ki, beynimizdə həmin sözlə əlaqədar assosiasiyalar yarada bilməmişik.
Letologika bizim sözləri yada sala bilməmək xüsusiyyətmizdir, lakin həm də həmin sözün "izini” tapa bilməməyimizdir, hərçənd bilirik ki, axtardığımız söz hardasa beynimizin dərin qatlarlında mövcuddur. Mark Gwynn zarafatla yazır ki, bəlkə bizim də həmin o Leto çayından içməyimizdən fayda olardı. Bütün lazımsız informasiyaları silib təmizləyər, beynimizi yalnız lazım olanlarla doldurardıq.
*Yazı BBC Future üçün Mark Gwynnin yazdığı material əsasında hazırlanıb.*
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri