Günahlar ömrü azaldır və həyatın gətirəcə biləcəyi xeyiri məhv edir. Həqiqətən salehlik ömrü uzadırsa, asilik onu azaldır.
Bəziləri hesab edir ki, ömrün azalması altında onun gətirə biləcəyi
xeyirin azaldılması nəzərdə tutulur. Bu ədalətli rəydir, lakin bu
günahların pis aqibətinin bir hissəsidir. Digərləri hesab edirlər ki,
ömür dünya ruzisi azaldığı kimi azalır.
Allah Subhanə Təala xeyiri artırıb çoxaldan çoxlu səbəblər qoyub
hansını ki, biz dünya ruzisindən alırıq və bu həmçinin ömürə də aiddir.
Onların fikrincə ömrün bir növ səbəblərə görə artmasında və digər
səbəblərə görə azalmasında mümkün olmayan bir şey yoxdur. Dünya ruzisi
və ömür, xoşbəxtlik və bədbəxtlik, sağlamlıq və xəstəlik, zənginlik və
yoxsulluq – bunların hamısı Qudrətli və İzzətli Allah tərəfindən qədərə
yazılıb, lakin O istədiyini buna gətirən səbəblərlə birgə yazıb.
Üçüncülər hesab edirlər ki, günahların təsiri altında ömrün
azalması onunla izah edilir ki, həqiqi həyat yalnız qəlb diri olduqda
mümkündür və ona görə Allah Sübhanə və Təala kafirləri diri deyil ölü
adlandırıb; "Onlar ölüdürlər – diri deyillər” (Ən-Nəhl, 21). Beləliklə,
həqiqi həyat – qəlbin yaşamasıdır və insan həqiqətdə Allahla yaşadığı
saatlarda yaşayır. Elə bu onun ömür yaşayışıdır. Salehlik, təqva və
Allaha itaət bu saatları artırır, həqiqi ömrü artırır ki, bundan başqa
ömür də yoxdur. Bir sözlə, əgər qul Allahdan üz döndərirsə və Ona asi
olursa, o həqiqi ömrün günlərini itirir və bunun nəticəsini belə
deyəcəyi gün dadacaq: "Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq
görəydim!" (əl- Fəcr, 24). Belə insan dünya və axirət həyatında ona
xeyir gətirənə diqqət verə də bilər, verməyə də bilər. Bunu etməyibsə
həyatını boş yerə işlədərək onu tam məhv edib. Buna diqqət edibsə, onda
onun arzuladığı məqsəd uzun və maneələrlə dolu olacaq. Eləcə də nə qədər
pis əməllərə giribsə, o qədər də xeyir əməllərdən fayda götürmək ona
çətin olacaq. Ömrün həqiqətdə qısalması elə budur.
Məsələnin məğzi ondadır ki, ömür – insanın yaşadığı qədərdir, lakin
insan yalnız Rəbbinə can atıb və Onun məhəbbəti ilə ləzzət alanda, Onu
zikr edəndə və bütün digər şeylərə münasibətdə Onun razılığını üstün
tutduqda yaşayır.