Sәn hәlә dә özünü bәdbәxt sayırsan?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 799
Səs ver:
(səs: 2)
Belә bir nikbin hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә әmәl edәk. Əgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr hansı bir dәyişiklik olmasa, mәnә nә deyirsiniz, deyin. Proqramın adı "Mәhz bu gün"-dür.

1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.
2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm.
3. Mәhz bu gün mәn sәhhәtimin qayğısına qalacağam. Sağlamlığım üçün zәrәrli olan şeylәrdәn çәkinәcәk, bәdәnimә xәtrim istәdiyini qәbul etdirmәyәcәyәm.
4. Mәhz bu gün mәn ağlımın inkişafı üçün sәy göstәrәcәyәm. Nә isә faydalı bir şey öyrәnәcәyәm. Ağlıma qarşı tәnbәllik etmәyәcәyәm.
5. Mәhz bu gün mәn şәxsi inkişafım üçün çalışacağam. Bunun üçün dә üç iş görәcәyəm: bir insana yaxşılıq edәcәm. Elә edәcәyəm ki, heç özü dә bunu bilmәsin. Xәtrim istәmәdiyi, amma mәnim tәkamülüm üçün zәruri olan iki şeyi hәyata keçirәcәyәm.
6. Mәhz bu gün xeyirxah olmağa çalışacağam. Əynimә mәnә daha çox yaraşan bir şey geyinәcәyәm. Sakit sәslә danışacağam. Özümü alicәnab kimi aparacağam, insanların uğurlarına görә onları dәstәklәyәcәyәm. Başqalarını az tәnqid edәcәyәm, insanlar üzәrindә rәhbәrlik etmәk istәyindәn qaçacağam.
7. Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim.
8. Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki, hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.
9. Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içindә keçirәcәyәm.
10. Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.

Fәrid Abdullah
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri