Hər kəsin cavabını bilməli olduğu 13 məntiq sualı

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 6 148
Səs ver:
(səs: 2)
Bildiyimiz kimi, işə götürülərkən kampaniyalar namizəd üçün müəyyən standart suallar hazırlayır. Lakin bəzi təşkilatlar əməkdaş seçərkən məsələyə daha yaradıcı yanaşaraq, müsahibə zamanı bəzi tapşırıqlar verir. Məqsəd müxtəlif ola bilər: namizədin intellektual səviyyəsini yoxlamaq, ekstrim vəziyyətlərdə necə davrandığını görmək və ya sadəcə yumor hissini qiymətləndirmək.

Beləliklə, emosional intellektinizi və stressə dözümlülüyünüzü sınaqdan keçirmək üçün Qadınlar.Biz topladığı tapşırıqları sizlərə təqdim edir. Əlbəttə, bu suallarla qarşılaşmağınız şərt deyil, lakin özünü sınamaq da pis ideya deyil. Başladıq!
1. Kişi 17-ci mərtəbədə yaşayır. Lakin o evə ancaq iki halda qalxır: yağışlı havada və ya liftdə qonşulardan biri olduqda. Əgər hava yaxşıdır və o liftdə təkdirsə, 9-cu mərtəbəyə qədər qalxır, daha sonra pilləkənlə 17-ci mərtəbəyə çıxır. Bunun səbəbi nədir?
Cavab: Bu kişinin boyu çox kiçik olduğundan, 17-ci mərtəbənin düyməsinə ancaq çətirlə basır və ya kimdənsə xahiş edir ki, o bassın. 
2. Əgər gecə saat 12-də yağış yağırsa, 72 saat sonra Günəş çıxacağını təxmin etmək olarmi?
Cavab: Xeyr, çünki 72 saatdan sonra yenə gecə olacaq və bu da o deməkdir ki, Günəşin çıxma ehtimalı yoxdur.
3. Karandaşı döşəməyə qoyurlar və bir neçə nəfərdən onun üstündən tullanmalarını istəyirlər. Lakin heç kəs bunu edə bilmir. Niyə?
Cavab: Çünki karandaş divara birləşik qoyulub.
4. Tennis topunu necə atmaq lazımdır ki, qayıdıb sizə tərəf gəlsin?
Cavab: Topu göyə atmaqla.
5. Qız bir yerdə əyləşib. Amma siz onun oturduğu yerə hətta oradan dursa belə əyləşə bilməzsiniz. Qiz harada oturub?
Cavab: Qız sizin qucağınızda oturub.
6. Kişi gecə boyu yatağında eşələnib, heç cür yata bilmir. O telefonu əlinə alıb kiminsə nömrəsinə zəng edir, bir neçə dəfə uzun zəmg səsini eşitdikdən sonra telefonu yerinə qoyub rahat yuxulayır. Nə üçün bu vaxta kimi o yata bilmirdi?
Cavab: Çünki telefon zəngindən sonra oyanan divar qonşusu bərkdən xoruldayırdı
7. Otelin 7 mərtəbəsi var. 1-ci mərtəbədə 4 nəfər, hər növbəti mərtəbədə isə əvvəlkindən 2 nəfər artıq qonaq yerləşib. Hansı mərtəbədə ən çox liftdən istifadə edilir?
Cavab: 1-ci mərtəbədə.
8. Nike Şirkəti istehsalatda külli miqdarda idman ayaqqabısı oğurluğuyla qarşılaşır. Lakin problemi elə bir yolla həll edir ki, oğurluq tamamilə aradan qalxır, üstəlik, mühafizəyə də əlavə pul xərclənilmədən. Bu necə baş verir?
Cavab: Şirkət əlavə daha bir zavod tikir və bu zavodlarda ayaqqabıların sol və sağ tayını ayrılıqda istehsal etməyə başlayır.
9. Hansı halda biz 2 rəqəminə baxaraq "10” deyə bilərik?
Cavab: Saata baxanda.
10. George Washington, Sherlock Holmes, William Shakespeare, Ludwig Van Beethoven, Napoleon Bonaparte – bunlardan hansı biri digərlərindən köklü şəkildə fərqlənir?
Cavab: Sherlock Holmes – xəyali personajdır.
11. Uşaq xəstəxanasında azyaşlı uşaqlar orada olan yumşaq ayıcıqlarla oynamağı çox xoşlayırdılar. Hətta o qədər xoşlarına gəlirdi ki, evlərinə aparırdılar. Rəhbərlik bu məsələni necə həll etdi?
Cavab: Bütün oyuncaqlara sarğı əlavə elədilər və balacalara dedilər ki, sağalmaq üçün ayıcıqlar xəstəxanada qalmalıdırlar.
12. Kinoteatrda problem çıxır. Tamaşaçılar narazı idilər ki, xanımlar film zamanı həmin dövrün dəbli şapkalarını başlarından çıxartmırlar və şapkalar ekranın bir hissəsini görməyə icazə vermir. Administrasiya bu halda hansı ən uyğun və qənaətli üsulla problemi həll edə bilər?
Cavab: Kinoteatrda elan yapışdırılır: "Xahiş olunur, film zamani şapkalarınızı çıxardasınız. Yaşlı xanımlara şamil olunmur.”
13. Alimin kitab şkafının bir rəfində 2 kitab var. 1-ci kitab 2-cinin solunda və düz yanında yerləşir. 1-ci kitab 230, 2-ci kitab 325 səhifədən ibarətdir. 1-ci kitabın ilk səhifəsi və 2-ci kitabın son sahifəsi arasında cəmi neçə səhifə var?
Cavab: bu səhifələr arasında yalnız kitabların üz qabıqları var.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri