Nöqtə masajı: Bu nöqtəyə basanda nə baş verir?

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 2 661
Səs ver:
(səs: 1)
Bəzən sakitliyini qoruyub saxlamaq necə də çətin olur. Ətrafında stressli situasiyalar olduqda isə, bu xüsusilə çətinləşir. İşdəki problemlər, yaxınlarımızın bizi başa düşmək istəməməsi, vaxt çatışmazlığı və bu kimi bir çox digər səbəblərdən daxili həyəcan keçiririk. Bəzən isə hər kəsdən və hər şeydən uzaqlaşıb, bir yerdə gizlənmək istəyirik. Lakin tələsmək lazım deyil, sadəcə özün üçün bir az vaxt ayır və öz masajınla məşğul ol.

Artıq çoxdan sirr deyil ki, bu və ya digər "nöqtələr”in masajı vasitəsiylə bir çox xoş olmayan hisslərdən azad olmaq mümkündür. Bədəndəki bəzi "düymə”lərə basaraq, siz yorğunluğunuzu və narahatlığınızı aradan qaldıra bilərsiniz. Heç bir kimyəvi sakitləşdirici dərman bu əsrlərlə sınanmış nöqtələrin masajı texnikasını əvəz edə bilməz!
Stressdən yaxa qurtarmaq üçün nöqtələrin masajı
– Əgər çox yolulmusan və rahatlaya bilmirsənsə, kəllə sümüyünün gözlərinin altındakı hissəsini barmağınla bas və 10 saniyə saxla.
– Başqalarının mühakimələri qarşısında daima qorxu hissi keçirməkdən yorulmusan? Otur, rahatlaş və şəhadət barmağınla burnunun altındakı nöqtəyə bas. 20 saniyədən sonra sən özünü olduqca rahat hiss etməyə başlayacaqsan.
– Əgər siz yuxusuzluqdan, nevrozdan, müxtəlif səbəblərdən olan baş ağrısından, miqrendən əziyyət çəkirsinizsə, kəllənizin mərkəzində yerləşən nöqtənin masajı sizi bu ağrılardan xilas edəcək. Əbəs yerə deyil ki, qədim loğmanlar bu nöqtəni masaj edin.
– Barmaqlarınızın ucunu gözlərinizin altındakə əzələnin yuxarı nöqtəsinə yerləşdirin. Yuxarı nöqtədən aşağı doğru masaj etməyə başlayın.
– Stress zamanı qulaqlardakı üst nöqtələrin masajı da çox xeyirlidir.
– Budur, həmin nöqtə – Ney-quan. Bu ən məşhur masaj nöqtəsidir. Siz bu nöqtəni masaj etməklə daxili narahatlıqlarından xilas ola bilərsiniz.

Gün ərzində özünüzə müəyyən qədər vaxt ayırın və antistress nöqtələrini masaj edin. Bu sizin psixoloji və fiziki sağlamlığınız üçün olduqca əhəmiyyətlidir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri