Hətta bizə çox
tanış görünən və şedevr hesab edilən rəsmlərin də öz sirrləri var.
Ümumiyyətlə, dahi rəssamların əsərlərinin bir çoxunda gizli mesaj,
görünməsi çətin olan ikinci məna, tapılması çətin olan cavablar var. Bu
gün onlardan bir neçəsini sizinlə paylaşırıq.
1. Sol üzüylə baxan portretlər
Müxtəlif
epoxalara aid olan bir neçə rəsm əsəri üzərində aparılan araşdırmalar
göstərib ki, həmin dövrlərdə portretləri adətən modelin sol üzünü
çəkməklə təsvir edirdilər. Uzun müddət bu fenomenin sirri bəlli deyildi,
hal-hazırda isə bunun neyrofizioloji açıqlaması verilir: məsələ ondan
ibarətdir ki, insan üzünün sol tərəfi sağ tərəfinə nisbətən daha çox
emosiya bəlli edə bilir. Əlbəttə, orta əsr rəssamları bunu bilmirdilər,
onlar sadəcə müşahidə aparır və modeli onlara xoş gələn rakursdan təsvir
edirdilər.
2. Munk nə barədə qışqırır
Edvard Munk, «Fəryad», 1893.
Munk
dünyanın ən sirrli rəsmini çəkmək ideyası haqqında belə deyirdi: "Mən
iki dostumla səki boyunca gəzişirdim, günəş batırdı, qəfildən hər tərəf
qan qırmızısı rənginə boylandı, mən dayandım. Tükənmə, halsızlıq hiss
edirdim, hasara söykəndim və şəhər üzərindəki bu müthiş yanğına baxdım.
Mənim dostlarım yollarına davam etdi, mən isə həyəcandan titrəyir,
yerimdə donub qalmışdım və təbiəti silkələyən sonsuz fəryad hiss
edirdim.”
Belə
bir fikir irəli sürülür ki, bu şedevr üçün ideya Munkda dünyanın
temperaturunu dəyişəcək qədər güclü olan Krakatau vulkanında baş verən
bir neçə partlayışdan sonra yaranmışdır. Həmin dövrdə bütün dünyaya kül
və toz yayılmışdı və hətta Norveçə qədər də gedib çıxmışdı. Bir neçə gün
boyu axşamlar elə bir mənzərə yaranırdı ki, sanki dünyanın sonudur və
yəqin həmin günlərdən biri də rəssamın ilham mənbəyinə çevrilmişdi.
3.Yazıçı xalq arasında
Aleksandr İvanov, «İsanın xalqla görüşməsi», 1837-1857.
Bu
əsəri çəkərkən rəssam onlarla modeldən istifadə etmişdi. Lakin həmin
modellərdən biri rəssamın özündən az məşhur olmayan Nikolay Qoqol idi.
Qoqol fotoda qəhvəyi əbada təsvir edilmiş vəftizçi İohann obrazını
canlandırmışdı. Yazıçı İtaliyada rəssamla sıx əlaqədə olmuş və xüsusilə
dini məsələlərdə ona kömək edərək, rəsmini çəkməyinə yardımçı olmuşdur.
Göründüyü kimi Qoqol təkcə məsləhət verməklə kifayətlənməyib, həm də
model kimi rəssama kömək də etmişdir.
4.Pikasso şedevrinin gizli tərəfləri
Pablo Pikasso, «Göy otaq», 1901-ci il.
Pikassonun
ilk işləri üzərində aparılan son araşdırmalarda ən son texnologiyaların
köməyilə, Göy otaq əsərinin altında saqqallı, kəpənək qalstukda
oturmuş, əlində üç üzük olan və üzünü əlinə söykəmiş bir kişinin şəkli
də aşkarlandı. Texniki təhlil sübut etdi ki, bu rəssamın işidir, lakin
incəsənət biliciləri bunun avtoportret olmadığını dedilər. Bu, rəssamın
işində ilk belə tapıntı deyil – 1901-ci ildə Pikasso çoxkasıb həyat sürürdü. Ona görə də köhnə kətan lövhələrdən istifadə etməsi təəccüblü deyildi.
5.Mikelancelonun xəstəliyi
Rafael Santi, «Afina məktəbi», 1511.
Rafael
məşhur şedevr "Afina məktəbi”ni yaradarkən öz dost və tanışlarını qədim
yunan filosofları obrazları ilə əbədiləşdirmişdi. Onlardan biri də
Heraklit rolunda Mikelancelo idi. Bir neçə əsr boyu bu freska
Mikelancelonun şəxsi həyatının sirlərini özündə saxlayıb. Müasir
araşdırmaçılar isə, rəssamın qəribə formada əyri qoyduğu ayağı onun
fiziki problemlərinin olmasının, daha doğrusu əzələ xəstəliyinin
göstəricisidir. Həmin dövrün iş şərtlərini və Mikelancelonun ifrat
işgüzar olmasını nəzərə alsaq, bu iddiaya inanmaq mümkündür.
6. Arnolfinilərin güzgüsü
Yan Van Eyk ,«Arnolfinilərin portreti», 1434
Ər
və arvad Arnolfinilərin arxasında görünən güzgüdə otaqda olan daha iki
insanı görmək mümkündür. Bu nikah mərasiminin təsviri olduğu üçün,
həmin insanların da şahidlər olduğunu güman edirlər. Onlardan biri
rəssamın özüdür. Buna güzgünün altında latın dilində yazılmış "Yan van
Eyk burada olub” yazısı da sübutudur. Adətən həmin dövrdə müqavilələri,
ittifaqları bu sözlərlə təsdiqləyirdilər.
7. Qüsurun istedada çevrilməsi
Rembrant, «63 yaşında avtoportret», 1669.
Marqaret
Livinqston adlı araşdırmaçı Rembrantın bütün avtoportretlərini dərindən
öyrənərək, aşkar etmişdi ki, rəssam çəpgözlükdən əziyyət çəkirmiş.
Rəsmlərdə onun gözləri müxtəlif istiqamətlərə baxır, lakin digər
insanları çəkdiyi rəsmlərdə eyni hal təkrarlanmır. Belə hesab edilir ki,
onun bu qüsuru həm də üstünlüyü idi, çünki normal baxışlı insanlardan
fərqli olaraq, o hər iki istiqamətdə baxışı fərqli görə bilir və bunu
rəsmlərinə yansıtmağı bacarırdı. Bu hala stereokorluq deyilir – dünyanı
3D – 3 ölçüdə görə bilməmək. Rəssam iki ölçülü baxışı ilə işləmək
məcburiyyətində qaldığı üçün də, onun istedadının belə fenomenal
səviyyəyə çatdığı iddiası irəli sürülür.
8. Dalinin pendirdən ilham alması
Salvador Dali, «Yaddaşın sabitliyi», 1931.
Dali
ilk qarabasmanı uşaq olanda görmüşdü. Bu onun o qədər xoşuna gəlmişdi
ki, psixikasına tez-tez təzyiq edərək, eyni həzzi almağa çalışırdı.
Beləliklə də o növbəti rəsmini çəkə bilirdi. Yaddaşın sabitliyi əsəri
ilə də eyni hal yaşanırdı. Sahil peyzajı demək olar ki hazır idi, təkcə
mərkəzi obrazlar çatışmırdı. 1931-ci il axşamlarından birində, axşam
yeməyindən sonra Dali düşüncələrə dalaraq, əriyib gedən yumşaqlıq barədə
düşünməyə başladı. Onun düşüncə axınının qarşılığında beynində pendir
canlandı – məhz bu da mərkəzi obrazının təməlini, əriyib gedən saatları
təsvir etməsi üçün kifayət oldu. Rəssam bundan sonra rəsmi 2 saat
ərzində bitirməyi bacarmışdı.