Korrida,
yaxud öküz döyüşdürülməsi ispan milli tamaşasıdır. Mənşəcə qədimdə
Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida
yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar
ifaçılardan ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində
formalaşmışdır. Portuqaliya, Cənubi Fransa və Latın Amerikası
ölkələrində də təşkil olunur. Matadorların və torreroların göstərdiyi bu
təhlükəli tamaşalar bütün dünyada səs-küyə səbəb olur.
Bəs
bu görkəmli və bir o qədər də təhlükəli tamaşalarda öküzü əsəbləşdirən
qırmızı rəngin sirri nədədir? Öküzlər axı qırmızı rəngə qarşı niyə bu
qədər həssadırlar?
Əslində
cavab çox sadədir – Öküzlər qırmızı rəngə heç də həssas deyillər, çünki
onların ümümiyyətlə rəngseçmə qabiliyyətləri yoxdur. Yəni, bizə
illərdir deyilən bu şey mifdən başqa bir şey deyil. Öküzləri bu döyüşlər
zamanı ən çox əsəbləşdirən şey isə məhz matadorların əllərində
tutduqları obyektləri davamlı olaraq tərpətməsidir. Bir daha
vurğulayırıq ki, öküzün qırmızı rəngə hücum etməsiylə bağlı olan inanc
tamamilə səhvdir. Korrida zamanı qırmızı rəngin istifadəsi tamamilə
tamaşaçıların diqqətini cəlb etməyə hesablanmışdır. Öküzlər isə cuşa
gəlmiş tamamaşaçıların gurultularından və matadorların hərəkətlərindən
coşmağa başlayırlar.
Əslində
qırmızı rəng öküzləri deyil, insanları coşdurur. Alimlərin apardığı
tədqiqatlardan da məlum olmuşdur ki, bu rəngin insanlarda həyəcan
yaratmaq və ürək döyüntülərini sürətləndirmək kimi gücü var. İnsanların
qırmızı rəngə qarşı bu reaksiyalarının səbəbi bilinməsə də, qan rəngində
olmasının beyində belə bir həyəcana səbəb ola biləcəyi güman edilir.