Axmaqlarla qətiyyən mübahisə etməyin

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 1 771
Səs ver:
(səs: 0)
1. Siyasətçiləri unudun. Onlar əhəmiyyətsizdirlər. Siyasətçilər sizə seçki haqqı verdikləri fikrini irəli sürmək üçün mövcuddurlar. Əslində isə heç bir haqqınız yoxdur. Seçim haqqınız yoxdur. Sahibləriniz var. Onlar sizə, hər şeyə sahibdirlər.
2. Necə olur ki, məsələ insanlar olanda adı abort olur, toyuq olanda qayğanaq olur?
3. Axmaqlarla qətiyyən mübahisə etməyin. Onlar sizi əvvəl öz səviyyəsinə salır, sonra da təcrübələriylə sizə qalib gəlirlər.
4. Uşaqları oxutmaq əhəmiyyətli deyil. Oxumaq istəyən uşaq oxuyur. Oxumağı istəyən uşaq oxumağı özü öyrənir. Onlara ən çox öyrətmək lazım olan şey oxuduqlarını sorğulamaqlarıdır. Oxuduqları, eşitdikləri hər şeyi sorğulamalıdırlar. Onlara avtoriteti də sorğulamağın lazım olduğunu öyrətmək lazımdır. Valideynlər uşaqlara avtoriteti sorğulamağı öyrətmirlər. Çünki valideynlər özləri də bir avtoritetdir.
5. Əgər vətəndaşlarınız eqoist və cahildirsə, liderləriniz də elədir.
6. Hər kəs eyni dildə gülümsəyir.
7. Hər vəziyyətin mütləq gülməli bir tərəfi var. Çətin olan da onu tapmaqdır
8. Bəzi insanlar işdən qovulmamaq üçün çox işləyir, bəzilərinə isə işdən çıxmasın deyə kifayət qədər pul ödənir.
9. Həyat aldığımız nəfəsin sayıyla deyil, nəfəsimizi kəsən anların sayıyla ölçülür.
10. Tariximizin ən kədərli tərəflərindən biri daima özünü təkrar etməsidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri