Həyat röyadır, oyanmaq bizi öldürür

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 1 597
Səs ver:
(səs: 4)
İngilis yazıçısı Virciniya Vulf modernizmin qurucularından sayılır. Onun əsərlərində feminist baxış geniş şəkildə təzahür edib. Vulf  tez-tez qadın haqları, sinfi fərqlər, sevgi, mübarizə, azadlıq kimi məsələlərə toxunub. O, insan taleyini yumoristik, amma həssas bir dillə ifadə edib.
 
*Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.
 
*Sevmək insanı yalnızlaşdırır.
 
*Həyata necə başlayırsan, başla sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…
 
*Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.
 
*Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.
 
*Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. "Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!
 
*Həyat röyadır, oyanmaq bizi öldürür.
 
*Nə qədər az görsək, o qədər çox inanarıq.
 
*Belə bir dünyaya necə uşaq gətirmək olar? Nə haqla əziyyəti çoxaldırıq? Uzun müddətli sevgilərin olmadığı, zəif duyğuların ardınca oradan-buraya sürünən bu zövq düşkünü heyvanların soyunu hansı haqla davam etdiririk?
 
*Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 1 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri