1 aprelin tarixi və ən məşhur zarafatları

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 4 109
Səs ver:
(səs: 3)
Teleradiokorporasiyada işləyən gənc aparıcı Kris Morrisin təşkil etdiyi kələk onun işsiz qalması ilə nəticələndi. 1987-ci ildə Kris BBC-nin Bristol studiyasına canlı veriliş gedə-gedə helium qazı buraxdı.

Onun həmkarı ciddi xəbərləri oxuyarkən səsi getdikcə nazilməyə başladı və tamaşaçıların uğunub özlərindən getməsinə və Krisin işsizlər ordusuna qoşulmasına səbəb oldu.

1957-ci ildə BBC-nin Panorama verilişi tamaşaçılar sensasiyalı bir məlumat yaydı. İsveçrənin Tiçino rayonunun tarlalarında ilk dəfə ağaclarda hazır makaron yetişdirmək mümkün olub. Tanınmış aparıcı Riçard Dimblbi özünün ciddi jurnalist təhqiqatları ilə ad çıxardığından çox adamda bu xəbərin həqiqiliyinə şübhə qalmadı.

Kadrlarda qadınlar ağaclardan spaggetiləri dərir və günəşin altında qurudurdular. Bəzi tamaşaçılar dərhal studiyaya zəng edərək bu ekzotik malın nə zaman idxal olunacağını xəbər almağa başladılar. Digərləri isə BBC-nin belə kələklərə baş vurmasından qəzəb ifadə etdilər.

1976-cı ildə astronom Patrik Moor BBC Radiosunun 2-ci kanalına müsahibədə xəbər verib ki, aprelin 1-i, səhər saat 9.47-də Pluton planeti Yupiterlə eyni xətdə olaraq Yer kürəsinin cazibə qüvvəsini azaldacaq.

Həmin anda adamlar tullansalar uça biləcəklər. BBC-ə minlərlə zəng gəldi və hətta bir qadın həqiqətən otaqda pərvaz edə bildiyini xəbər verdi.

1986-cı ildə Fransada dərc olunan Le Parisien qəzeti élan etdi ki, Eyfel qülləsi Parisin Disneylənd əyləncə parkına köçürüləcək. Qustav Eyfelin ucaltdığı mühəndislik şedevri 100 ildən çox idi ki Fransa paytaxtının rəmzi hesab edilirdi.

Qəzet yazmışdı ki, Eyfelin yerində yeni stadion inşa olunacaq. Bu xəbər Fransada kəskin etirazlara və sonradan böyük sayda sifətin utandığından qızarmasına səbəb oldu.

1 aprel 1978-ci ildə Sidneyin körfəzinə minlərlə adam toplaşmışdı. Onlar tanınmış biznesmen Dik Smitin Antarktikadan buksirlə çəkib gətirdiyi aysberqin gəlməsini gözləyirdilər. Aysberq gəldi, amma o buzdan deyil, ağ plastmas və köpükdən düzəldilmişdi.

1962-ci ildə İsveçdə cəmi bir telekanal vardı. Və bu telekanalda aprelin 1-də peyda olan bir alim ciddi surətdə tamaşaçılara dedi ki, əgər onlar bir cüt qadın corabını ağ-qara rəngli televizorun üstünə keçirsələr, o zaman möcüzəvi surətdə ekran rəngli olacaq. Minlərə adam buna əməl etdi və məyus oldu. Rəngli televizor İsveçə 1970-ci il aprelin 1-də gəldi.

1992-ci ildə Amerikanın sabiq prezidenti, Uoterqeyt qalmaqalı nəticəsində impiçment edilmiş Riçard Nikson yenidən prezident kampaniyasına qatılacağını bəyan etdi. Özü də "mən heç zaman səhv addım atmamışam və atmayacağam” devizi altında.

Əslində Niksonun bundan xəbəri yox idi. Bunu onun yerinə radio kanallardan birində efirə çıxan və sabiq prezidentin səsini düzgün yamsılayan bir komediya ustası demişdi. Lakin yüzlərlə adam zəng edərək Niksona səs verməyəcəklərini bəyan etdi.

1975-ci ildə Avstraliyanın "This Day Tonight" teleproqramı élan etdi ki, sabahdan bütün ölkə total metrik sistemə keçərək. Beləki, dəqiqədə 100 saniyə, saatda 100 dəqiqə və sutkada 20 saat olacaq. Bunun kələk olduğu üzə çıxanda adamlar heç də zarafat anlayacaq halda deyildilər.

1998-ci ildə Makdonaldsın əbədi rəqibi "Burger King" restoran şəbəkəsi solaxaylar üçün burger bişirəcəyini vəd etdi. Tam ciddi şəkildə deyilirdi ki, şirkət 32 milyon solaxay amerikalının ehtiyaclarına biganə qala bilməz.

Bu burgerin tərkibi eyni olacaq, amma içindəkilər 180 dərəcəlik bucaq altında əks tərəfə doldurulacaqlar ki, solaxaylara kömək olsun. Buna inanmış solaxaylar Burger Kingə gedərək bu yeni təamdan dadmaq istədilər.

1940-cı ildə Filadelfiyada yerləşən bir radio günorta saat 3-də dünyanın sonunun gələcəyini xəbər verdi. Üstəlik xəbərdarlıq etdi ki, bu 1 aprel zarafatı deyil. Dünya hələ də dağılmayıb və deməli əslində zarafat imiş.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri