İnsanlarla ünsiyyətin uğuru nədir?

Şərhlər: 5
Baxılıb: 1 557
Səs ver:
(səs: 1)
İnsan varlıq olaraq elə yaradılmışdır ki, daima digər insanlarla münasibət qurur.

Bir insan ola bilər ki, çox böyük vəzifəyə sahib olsun, ancaq insanlarla münasibəti zəifdirsə, bu vəzifənin həmin şəxsə çox az xeyri dəyə bilər.
Böyük şirkətlərdən birinin rəhbəri insanlarla münasibətlə bağlı bunları yazır:"Şirkətimin rəhbəri olmağıma baxmayaraq, iş yerimdə işləyən əksər işcilər məndən daha çox və yaxşı mənim işim haqda bilirlər. Ancaq insanlarla münasibəti çox yaxşı bildiyimdən, bütün işlərimiz uğurla inkişaf edir".
Gündəlik yaşayışımızda müxtəlif insanlarla ünsiyyətdə oluruq. Bu insanlardan kimisi ilə uğurlu, kimisi ilə uğursuz keçir münasibətlərimiz.
Çox təəssüf ki, həyatımızda uğursuz keçən münasibətlər üstünlük təşkil edir.
Buna müxtəlif səbəblər göstərmək olar. Bunlardan biri kimi tənqid göstərilə bilər.
Ailəmizlə, dostlarımızla, çevrəmizlə münasibətimizdə yaranan problemlərimizin çoxu ifrat tənqid etməyimizdən və ya tənqidi düzgün etməməyimizdən qaynaqlanır.
İnsan varlıq olaraq yaradılışca tənqidi sevmir, bunun əksinə - tərifi çox sevir. Hətta deyə bilərik ki, bu gün itirilən ən böyük dəyərlərdən biridir tərif. Tərifin mənfi tərəfi insanı özünə arxayınlaşdırıb təkəbbür yaratdığı halda, müsbət tərəfi isə insanlarda sevginin artmasına, motivasiya və s. kimi müsbət xüsusiyyətlərin yaranmasına səbəb olur. İnsanlar bizim təriflərimizə mənəvi ehtiyac duyarkən, bu təriflərə susamış ikən, biz bunu əsirgəyirik.
Biz tənqidlərimizlə münasibətlərimizi daha da gərginləşdiririk. Halbuki, münasibətlərin uğuru - düzgün tərif və mülayim ünsiyyətdən keçir.
Müqəddəs dinimizin də bu məsələyə baxışı çox açıq və gözəldir. Dinimiz tərifləməyi sünnət və münasibətin əsas şərtlərindən biri sayaraq, fərdi tənqiddən daha çox çəkinməyi və sənə edilən tənqididə bağışlamağı tövsiyə edir. Əlbəttə ki, burada tərif deyəndə, daha çox təşviqi nəzərdə tuturuq. Birbaşa tərif çox zaman pislənir və yaltaqlığa yol aça bilir. Əgər tərif ürək-dirək vermək, motivləndirmək, təşviq etmək səciyyəlidirsə, bu, çox yaxşı haldır. Amma insan özü əməli buna görə yerinə yetirməməlidir. Tərifə görə etmək - ixlasın qarşısını alır. Allahın Peyğəmbəri (s) buyurub: "Hər haqqın həqiqəti var. Bəndə də, Allah üçün etdiyi əməlin müqabilində təriflənib öyülməməsini istəməyənədək ixlasın həqiqətinə yetişməyəcək".
İmam Cəfər Sadiq (ə): buyurub: "Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən".
İctimai işlərdə isə bütün insanların haqqı olduğundan tənqid etmək böyük önəm kəsb edir və ictimaya qarşı buraxılan səhvləri bağışlamamaq (ictimai tövbəyə qədər) - düzgün yanaşmadır.
Münasibətlərdə digər ən incə və ciddi məslələrdən biri - mübahisələrdir.
Mübahisələrin çox vaxt uğursuz olmasınım səbəblərindən biri - yaranan mübahisəni emosiyaya qapılmadan, məntiqi yükdə davam etdirməməkdir. Digər bir səbəb isə mübahisə zamanı öz fikirlərini təsdiqlə və üstün tutaraq söyləməkdir. Məsələn: "Bu məsələ dəqiq bilirəm ki, belədir" şəklində deyirik. Ancaq əslində: "Məncə bu məsələ belədir; mənimlə razısınız?" şəklində deyilməlidir.
İnsanlarla gündəlik ünsiyyətimizi əgər ancaq emosional müstəvidə davam etdirsək və bu şəkildə hər kəslə ünsiyyət qursaq, bu, həm bizim, həm də qarşı tərəfin dəyərdən düşməyinə, münasibət keyfiyyətinin azalmasına səbəb olar.
Həmçinin münasibətləri sırf məntiqi müstəvidə apararaq, ifrata varsaq, bu, digər insanların bizdən çəkinməsinə və ünsiyyətimizin maraqsız keçməsinə səbəb olar.
Bu ikisindən fərqli ən yaxşı yol isə orta yolu seçməkdir. Münasibətimizdə həm məntiqin, həm də emosiyanın çox olmamağına diqqət etməliyik. Düzdür, ünsiyyətlərimiz insanlara görə dəyişsə də, bəzən məcbur qalıb bəzi insanlarla daha emosional, bəziləri ilə isə daha məntiqli danışmalı oluruq. Bu kimi hallarda və ümumiyyətlə bütün münasibətlərimizdə sistemli ünsiyyət qurmağa diqqət etməliyik.
Bütün psixoloqların və dinimizin insanlarla münasibətlə bağlı bu tövsiyərlərinə diqqət etsək, həqiqətən də münasibətlərdə müsbət dəyişikliklərə yol aça bilərik.
Sonda qeyd edək ki, bu məsələlərdən əlavə, bütün həyatımızın bağlı olduğu ən əsas məsələ - Allahla bağlı münasibətimizdir. Onu tanımaq, Onun istədiyi kimi yaşamaq həyatda - istər münasibətlərdə olsun, istər digər istənilən məsələlərdə - idealımız və xoşbəxtlik səbəbimizdir.
Necə ki, Allah Təala buyurur: "Mənimlə arasını düzəldənin, Mən də insanlarla arasını düzəldərəm".
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri