Gündəlik həyatımızı dəyişən 7 NASA ixtirası

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1 980
Səs ver:
(səs: 1)
NASA-nın əsas tədqiqat obyekti kainat olsa da, gündəlik həyatımıza təsir edən ən son texnologiyaların istehsalında da olduqca yararlı olmağı bacarmışdır. Bu quruma Amerika tədqiqat laboratoriyası da deyə bilərik. 1976-ci ildən bu yana NASA nəşri kimi fəaliyyət göstərən Spinoff, təxminən 2000-ə qədər kosmik texnologiyaya imza atıb ki, bunlar da özəl sektoru inkişaf etdirmək yolunda böyük nailiyyətlərə çevrilmişdir.
Spinoff 40-cı ilini qeyd etdiyi məqamda NASA da dünyaya təsir edən ən əhəmiyyətli 40 texnologiyasını araşdırmaq qərarına gəlib. Beləliklə də, həyatımızı asanlaşdıran 7 NASA ixtirası ilə tanış olun:

1. CMOS sensor
İstər DLR kamera, mobil telefonunuzla foto və ya video çəkin, istərsə də dünyanın ən populyar action kamerası GoPro Hero istifadə edin – bunların hər birində NASA texnologiyası var. CMOS inteqrasiya olunmuş dövrə istehsal texnologiyası olub, aşağı güc istehlakı və az maliyyə ilə görüntü tutmaq üçün istifadə edilən alətlərə tətbiq olunur. Bu NASA ixtirası olan fəal piksel qəbuledicisi planetlərarası vəzifələrdə kameraları kiçiltməyə ehtiyac olduğu üçün kəşf edilmişdi. Bu sensordan hal-hazırki rentgen cihazlarında və tibbi sektorda da istifadə edilir.

2. Zənginləşdirilmiş uşaq yeməyi
Mars vəzifələri əsnasında oturaq həyat keçirən NASA tədqiqatçıları, körpənin inkişafında fəal rol oynayan, ana südündə ən vacib element sayılan omega 3 yağ turşusu üçün təbii bir mənbə kəşf etdilər. Bu gün bazarda satışda olan zənginləşdirilmiş uşaq qidaları dünyanın hər yerində uşaqların beyin, ürək və gözlərinin inkişafına töhfə verir.

3. "Memory foam”
Modifikasiya olunmuş aşağı elastiklikli poliuretan köpüyü. Yəqin ki, dünyada ən çox tanınmış NASA ixtiralarından biri olan bu vasitə, test pilotlarının səfər zamanı rahat bir səyahət etmələrinin yolunu axtaran NASA tədqiqatçıları tərəfindən kəşf edilmişdir. Hal-hazırda bu köpük təkcə yataqlar, kreslolar, stullarda deyil, ayaqqabılarda da rahatlığımız ən böyük dəstəkçisi mövqeyindədir.

4. Yanğınsöndürənlər üçün qoruyucu geyim
NASA kosmik geyimlərdə və vasitələrində polimer tekstil texnologiyasının yaranmasında mühüm rol oynamışdır. İstiliyə dözümlü olan bu geyimlər yanğınsöndürmə sahəsində, orduda, bir sıra idman növlərində istifadə edilir.

5. Ərzaq təhlükəsizliyi standartları
Kosmos səyahətlərində əvvəlcədən qablaşdırılmış yeməklərin ifrat dərəcədə təhlükəsiz olması üçün, NASA Pillsbury Company ilə əlaqəyə keçərək, yeni və sistematik keyfiyyət nəzarət sistemi yaratmışdır. Artıq Hazard Analyses and Critical Control Points (HACCP prinsipləri) kimi tanınan bu metod yeməklərin saxlanılmasında yarana biləcək potensial kimyəvi, fiziki və bioloji riskləri aradan qaldırır.

6. Fövqəladə hal adyalı
Kosmos adyalı olaraq ixtira edilən, lakin cəmiyyətdə fövqəladə hal adyalı kimi tanınan bu kəşf NASA tərəfindən 1964-ci ildə edilmişdir. İzolyasiyalı maddədən hazırlanan və fövqəladə hal çantalarında olan adyallar eyni zamanda, yürüşçüləri da ani bədən temperaturu (hipotermi) dəyişikliyindən qoruyur.

7. UV filtrli günəş eynəkləri
1980-cı ildə NASA xüsusi olaraq gözləri qorumaq üçün günəş işığını filtrləyən linzalar yaratmışdır. Bu linzalar isə daha sonralar günəş eynəkləriylə yanaşı, qaynaqçıların taxdığı qoruyucu eynəklərdə də istifadə edilmişdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri