İki dildə danışmaq ağlı artırır və beynin funksiyalarını inkişaf etdirir

Şərhlər: 4
Baxılıb: 2 090
Səs ver:
(səs: 1)
Amerikanın "Newsweek" jurnalında nəşr olunan araşdırmada göstərilib ki, birdən çox dildə danışmaq zəkanı artırır.
Kanadanın York Universitetində aparılan araşdırmada iki dildə danışmağın beyinin əsas funksiyalarını inkişaf etdirdiyi, 
yaşla bağlı beyin problemləri və Alzheimer riskini azaldığı məlum olub.

Mütəxəssislərin araşdırmasında 102-si iki, 109-u bir dil bilən Alzheimer xəstəsi 211 nəfər iştirak edib. İki dil bilən insanlarda bu xəstəlik 4.3 il sonra müşahidə olunub.
İki dil danışmanın beyinin işinə müsbət təsir etdiyini deyən mütəxəssislər 40, 50 və 60 yaşında yeni bir dil öyrənmənin belə beyni qoruya biləcəyini vurğulayıb.

Professor Ellen Bialystok beyin üçün super qidanın yeni dil öyrənmək olduğunu bildirib.

Qeyd edək ki, araşdırmada iki dil bilən uşaqların söz bazasının daha çox olduğu da məlum olub.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri