Əgər sosial şəbəkələrdən ayrıla bilsəniz, vaxtınızı səmərəli keçirə
biləcəyiniz maraqlı internet səhifələri tapacaqsınız. Kompüterin
başından ayrılmadan çox şey öyrənmək mümkündür. Düşünürük ki, bu
internetin ən yaxşı xüsusiyyətlərindən biridir. Sizə fərdi inkişaf üçün
olan 10 faydalı vebsayt təqdim edirik:
Faydalı bacarıqlar qazanmaq
4brain saytında bir
çox mövzu ilə bağlı kurslar, məqalələr və kitablar toplanmışdır. Öz
məntiqi düşüncənizi, yaddaşınızı, sürətli oxuma qabiliyyətinizi inkişaf
etdirin və sizə uyğun olan yeni bacarıqlar qazanın. Öz nailiyyətlərinizi
"Şəxsi kabinet”də izləyə bilərsiniz.
İngilis dili öyrənmək
LinguaLeo –
oyunlar vasitəsilə dil öyrənməyə kömək edən əvəzsiz xidmətdir. Bütün
mobil vasitələrə uyğundur və istədiyiniz hər zaman istifadə edə
bilərsiniz. Hər şey çox sadədir: öz fərdi tədris planınızı tərtib edin,
tapşırıqları yerinə yetirin və nailiyyətlərinizdən xəbərdar olun.
Cizgi filmi hazırlamaq
Bir çoxunuz uşaq olarkən şəkillər çəkir, sonra onları tez-tez
vərəqləyərək, sanki hərəkət edirlərmiş kimi təsəvvür yaratmısınız. Multator xidməti
sizə bir neçə kadr çəkib, öz cizgi filminizi hazırlamaqda kömək edəcək.
Bu heç də çətin deyil, çəkdiyiniz əvvəlki şəklin cizgiləri yeni şəkil
hazırlayarkən sizə yardımçı olacaq.
Öz beynini işlətmək
Boostbrain saytında
maraqlı oyunlar vasitəsilə düşünmə sürətinizi, diqqətinizi və
yaddaşınızı inkişaf etdirin. Öz uğurlarınızı qeyd edin və başqaları ilə
yarışın. Öz beyninizi məşq etdirin.
Gitarada ifanı öyrənmək
Guitarprofy saytında
yeni başlayanlarla bərabər, öz bacarığını inkişaf etdirmək istəyənlər
üçün də bir çox məlumat yerləşdirilib. Burada siz gitarada ifanı sərbəst
şəkildə öyrənə, bir çox musiqilərin akkordlarını tapa, yenilər üçün
çoxlu məsləhət əldə edə bilərsiniz.
Sürətli mətn yazmaq
Mətn yığımını sürətləndirmək üçün bir çox vasitə var. Klavoqonki bunların
içində ən əyləncəlilərdən biridir. Burada sizə və digər iştirakçılara
müəyyən mətn və məhdud zaman verilir. Mətni ilk və səhvsiz bitirmək
lazımdır.
Rəsm çəkməyi öyrənmək
Əgər məktəb dövrünüzdəki rəsm dərsi sizin rəssamlığa olan bütün həvəsinizi öldürübsə –web-paint saytı
sizə yeni ümid bəxş edəcək. Yeni başlayanlar üçün pilləli dərs
karandaşla rəsm çəkməyin əsaslarını öyrənməkdə kömək olacaq. Müəyyən
vaxt sonra isə daha çətin texnikaları öyrənə bilərsiniz.
Mühazirə kursu dinləmək
Universarium saytında
istənilən mövzuya uyğun bir çox kurs tapa bilərsiniz. Seçim sadəcə
sizin məqsədiniz, istəkləriniz və boş vaxtınızdan asılıdır. Riyaziyyat,
kimya, iqtisadiyyat, hətta incəsənət tarixi kimi istədiyiniz qədər fənni
öyrənə bilərsiniz. Bütün bunlar ödənişsizdir.
İlham almaq
İngilis dilində olan 500px ISO saytında
dünyanın fərqli guşələrindən olan fotoqraflar şəkillərin çəkilmə tarixi
haqqında danışır və öz fikirlərini bölüşürlər. Burada həmçinin şəkil
redaktəsi ilə bağlı master-klasslar və istənilən şəkli şedevr edəcək
xırda hiylələri tapa bilərsiniz.
Günəş sistemi ilə bağlı daha çox bilgi əldə etmək
Öz dəqiqliyi ilə fərqlənən Joshworth saytı kainatın
miqyasını dərk etməkdə kömək olacaq. Siçanın düyməsini hərəkət
etdirərək bir planetdən digərinə səyahət edəcəksiniz. Hazırlaşın,
səyahət uzun olacaq!