Daha Çox Kitab Oxumağınıza Kömək Edəcək Metodlar

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 3 385
Səs ver:
(səs: 1)
Baxmayaraq ki, daha yaşlı nəsil gəncləri az kitab oxumaq mövzusunda qınayır, son dövrlərdə kitab oxumaq vərdişi gənclər arasında yüksələn tempdə davam edir. İnkişaf etmiş ölkələr səviyyəsində olmasa da, bu tendensiyanın mövcudluğu insanı sevindirməyə bilmir. Hal-hazırda kitab satışı və ya xarici saytlardan sifarişdə də artım müşahidə olunur. Kitablar arasında seçimin çətinləşdiyi və oxumalı çox kitabın olduğu bu dövrdə əsas problem artıq vaxt azlığı olmağa başlayıb. Bəs biz necə daha çox kitab oxuya bilərik? Sizə bu məsələdə kömək edəcək 3 vacib məqamı təqdim edirik:

Sürətli oxu metodu
Sürətli kitab oxumaq üçün fərqli metodlar və bu metodları inkişaf etdirməyin müxtəlif yolları mövcuddur. Bu metodlardan bəziləri, kitabın kiçik detallarını buraxaraq, əsas məzmununa fokuslanmaq yolu ilə mümkündür. Lakin, daha effektiv və yararlı metodlar isə göz əzələlərini genişləndirərək, oxu sürətinizi artırmağınıza yol aça bilər. Bu mövzuda dünyanın müxtəlif yerlərində məşğələ və seminarlar keçirilir. Bakıda bu cür seminarlar keçirilməsə də, siz internet vasitəsilə lazımlı resursları tapa bilərsiniz.

Zamanı düzgün idarə edin
Kitab oxuyarkən əsas problemlərdən biri də fikrin dağılmasıdır. Bu problemin həlli üçün zamanınızı müəyyən hisssələrə ayırmalısınız. Məsələn, iki saat ərzində kitab oxumağı planlaşdırmısınızsa, telefonunuza gələn istənilən bildiriş və ya zənglərin səsini azaldın və ya tamamilə kəsin. Bütün diqqətinizi oxuduğunuz kitab üzərində toplayın. Bundan başqa, məsələn avtobus və ya metroya mindikdən enəcəyiniz ana qədər fikrinizi sadəcə kitaba yönəldin və başqa şeylər barədə düşünməyin.

Nəyə başlayacağınıza qərar verin
Gündəlik kitab oxumaq vərdişinizin sağlam formalaşması üçün ətrafınızda olan daha çox mütaliə etmiş insanlardan məsləhət almaqdan çəkinməyin. Əlbəttə, pis kitab yoxdur ancaq hər kəsin zövqü eyni olmur. Minlərlə əsər arasında, xüsusilə ilk başladıqda daha çox sevəcəyiniz, sizə daha maraqlı olacaq kitabı seçməkdə fayda var. Kitab mağazasında gedib kitabları vərəqləmək də sizə əlavə maraq qazandıracaq. Bu mövzuda daha təcrübəli olduqdan sonra sizə kömək edəcək fərqli mənbələr var. Hətta bu məqsədlə qurulmuş sosial şəbəkələr də mövcuddur. Sizə oxuduğunuz kitablara əsasən yeni kitablar məsləhət görən həmin şəbəkələri və bu şəbəkələrdə fikir bildirən digər oxucuların şərhlərini oxumaq da xeyli kömək edəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri