Ən rahat yemək olan makaronun əsrlik tarixi

Şərhlər: 4
Baxılıb: 2 156
Səs ver:
(səs: 2)
Mətbəxdə ən asan hazırlanan yeməklərdən biri olan makaron, həm də tələbələrin yemək olaraq ən ucuz və ləzzətli seçimidir. Hər kəsin sevimli yeməyi olan makaronun tarixinə nəzər salmağa nə deyirsiniz? Bu ləzzət necə və harada yaranıb? Gəlin aydınlaşdıraq.

İtalyan dilində makarona "pasta” deyilir. Makaronun tarixi isə çinli, yunan, romalı və ərəblərə qədər gedib çıxır. Yeməklərin tarixi haqqında araşdırma edənlər bunun çox mübahisəli məsələ olduğunu deyir. Səbəbinin isə buğdanın ən çox yetişdirildiyi məkanlar olmasında görülür.

14-cü əsrə damğa vuran və ilk müasir yemək kitabının müəllifi olan Mastro Martino’ya görə makaron ancaq sərt buğda olan Triticum Turgidum’un İtalyada tanınmasından sonra hazırlana bilib. Bunun səbəbi isə sərt buğdada yüksək dərəcədə glütenin olmasından əlavə, nəm dərəcəsinin çox aşağı olmasına qurutma anında qırılmaması və bişirərkən formasını itirməməsidir. Bu Renessans dövrü üçün əsl inqliab idi və keçid hesab olunurdu. Qurudulmuş makaronun saxlanma müddəti çox olduğundan qıtlıq dövrlərində anbarlara yığılır, sonra isə rahatlıqla istifadə edilirdi. Uzun gəmi səfərlərində də makaron ən rahat yeməklərdən biri hesab edilirdi.
Macaroni’ni İtalyaya Marco Polo gətirib? 
Sərt buğdadan qurudulmuş makaronu kim kəşf edib?

Hər iki sualın cavabı "xeyr”dir. Marco Polo nişastalı undan hazırlanan yeməkdən (noodles) bəhs etsə də, makaron haqqında heç nə deməyib. Bu isə makaronu çinlilərin yaratdığı iddiasını ortadan çıxarır. Clifford Wright tərəfindən edilən iddiaya görə isə, makaronu ərəblər kəşf edib. Bu iddiaya əsəsən ərəblər müharibələr əsnasında rahat daşına bilən, doydurucu bir yeməyə ehtiyacları olduğu üçün makaronu kəşf etdilər. Hər nə qədər 9-cu əsrdə ərəblər müharibələr əsnasında getdikləri yerlərdə öz yeməklərini tanıtsalar da, həm təzə, həm də quru halda bişirilən xəmir yeməklərinin (əriştə, lazanya, ’tracta’, pastasciutte) Yunan və Roma dövründə artıq məlum olduğu təxmin edilir. Bütün bu iddialar fikirləri qarışdırsa da, da xəmir yeməklərinin ən çox inkişaf etdirən xalqın ərəblər olduğu həqiqətdir.

Ərəb dünyasının coğrafiya alimlərindən biri olan Əl-İdrisinin 12-ci əsrin ortalarında Trabiada gördüyü ‘itrija’dan bəhs edir və buradan gəmilərlə Calabri və digər müsəlman və xristian şəhərlərinə ixrac edildiyini yazır. Eyni dövrdə imzalanan ticarət anlaşmalarına görə (1175-1160) Siciliya makaronunun Genoa şəhərinə göndərməsi göstərilir. Boccaccio Decameron adlı əsərində həm makarondan, həm də ravioli’dən bəhs edilir.
Pasta Secca’nın bir növü də lazanya idi. ’Lasagna’ sözü Orta Əsr Avropasında incə xəmir işi mənasına, farsca ‘lavzenag’ sözündən gələ bilər. Bununla bağlı ilk təsvir 14-cü əsrin əlyazması Liber de Conquina’ da (Yemək Kitabı) yer alır. Makaron yarpaqları ədviyyat və rəndələnmiş pendir ilə hazırlanırdı. Digər pasta secca növlərina baxanda, odunun olmadığı yerlərdə kiçik yuvarlaqlar halında hazırlanaraq, daha rahat bişməsinə çalışılırdı. Yemək tarixini araşdıranlar makaronun hazırlanması üçün sərt buğda və eyni zamanda biçim vaxtını gözlənməli olduğunu deyirlər. Bu isə köç həyatı yaşayan ərəblərin ixtira etməsini mümkünsüz edir.
XVII əsrdə makaronun İtalyan mətbəxində önəmli yer tutmasının səbəblərindən biri isə tacirlərin də daxil olduğu orta sinifn də qurudulmuş makaronu artıq ala bilməsi idi. Aristokratlar üçün sadəcə qarnitur hesab edilən makaron, xalq üçün əsas yemək hesab edilirdi. Artıq bu dövrdə makaron satılan xüsusi yerlər olurdu və lasagnari adlanırdı. Hətta sayı artan lasgnari’lər birliklər qurur, makaronun qiymətini müəyyən edirdilər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri